İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Azərbaycanda türk nümayəndələri ilə birbaşa danışıqlar aparıldığını təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, İsrail tərəfi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
“Baş nazir Benyamin Netanyahunun göstərişi ilə dünən (9 aprel) İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin başçılıq etdiyi hərbi-siyasi nümayəndə heyəti, o cümlədən Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə türkiyəli həmkarları arasında görüş keçirilib”, - deyə baş nazirin ofisinin açıqlamasında deyilir.
Qadir, Bizimyol.info






