Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boykot çağırışlarına dair müstəqil araşdırma başladılıb
Boykot çağırışlarına dair müstəqil araşdırma başladılıb

İstanbul Cumhuriyyət Baş Prokurorluğu, ictimaiyyətdə "boykot" çağırışları kimi tanınan təbliğat aparan və bu təbliğatları yayımlayan şəxslərə qarşı müstəqil araşdırma başladığını açıqlayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluğun açıqlamasında, bir müddətdir ənənəvi və sosial media vasitələrində xalqın bir qisminin iqtisadi fəaliyyətlərə qatılmasını əngəlləməyə yönəlmiş, ictimaiyyətdə "boykot" çağırışları kimi tanınan ayrımçı təbliğatlar və bu təbliğatları yayımlayan şəxslərə dair müstəqil araşdırma başlatıldığı bildirilib.

Açıqlamada, araşdırmanın "nifrət və ayrı-seçkilik", eləcə də "xalqı kin və düşmənçiliyə təhrik etmək" cinayətlərindən açıldığı qeyd edilib.

Bundan əlavə, edilən çağırışlar nəticəsində bəzi iş yerlərinə qarşı fiziki və sözlü zorakılıq halları ilə bağlı təhqiqatların da bu araşdırma ilə birləşdirildiyi vurğulanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »