Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kibercinayətkarlıq vətəndaşlara 22 milyon manatdan çox zərər vurub: Bank müştərilərinin maarifləndirilməsinə ehtiyac var
Kibercinayətkarlıq vətəndaşlara 22 milyon manatdan çox zərər vurub: Bank müştərilərinin maarifləndirilməsinə ehtiyac var

Kibertalamalar üzrə açıqlanan statistika 17 minə qədər vətəndaşa zərər vurulması faktını ortaya qoydu. Vəziyyət düşünüldüyündən də acınacaqlı imiş. Bank kartlarından 22,5 milyon manat vəsait talanıb. Bank müştəriləri müxtəlif tələlərə düşərək pullarını itiriblər.

Bizimyol.info xəbər verir ki, araşdırma xaricdə olan naməlum şəxslərin bank kartına aid məlumatları əldə etməklə talama imkanı üçün daha çox imkan qazandığını göstərir. Yəni müştərilərə zəng vuraraq ya özünü bank əməkdaşı kimi təqdim edirlər, ya hansısa sərfəli görünən təklif irəli sürürlər, ya da müəyyən xidmətin həyata keçirilməsini səsləndirirlər. Bank kart sahibini inandıraraq və ya şirnikləndirərək təhlükəsizlik kodunu, xüsusi rəqəmlər kombinasiyasını öyrənirlər, vəsaiti mənimsəyirlər.

Kiberdələduzluqlar müxtəlif istiqamətlərdə baş verib. Lotereya, qumar oyunlarında qazanc təklifi də çox adama ziyan vurub. Müxtəlif əşyaların satışı da insanlara az zərbə yaratmayıb. Saxta link-keçidlərdən istifadə mindən çox fakt üzrə kibercinayətkarlıq predmeti olub.

Saymaqla bitməz. Orta hesabla tələyə düşən hər müştəriyə 1300 manatdan çox zərər dəyib. Çox böyük məbləğdən söhbət gedir.

Bəs kiberdələduzluqdan qaçmaq, ən azı faktların sayını azlatmaq üçün nə etmək lazımdır? Ölkədə bank kartların sayı 20 milyon ədədi keçib. Sosial mediada sorğular göstərir ki, bəzən bir şəxs ayrı-ayrı 7-8 bankdan kart əldə edə bilir. Amma maarifləndirmə işi lazımi səviyyədə deyil. Banklar daha çox müştəri cəlb etmək yarışına çıxıb. Adətən, sərfəli şərtlərlə, bir sıra hallarda isə pulsuz kartlar paylanılır.

Müştərilərin nəzərəçarpan hissəsi məsələnin təhlükəsizlik tərəfindən məlumatsız olur. Məhz bu istiqamətdə ciddi iş görülməlidir.

Mütəxəssislər də bankların görməli olduğu işlərdən danışır. Hesab olunur ki, dələduzluqla üzləşən vətəndaşlarla real vaxt rejimində əlaqə mexanizmləri yaradılmalıdır.

Bundan başqa, mütəxəssislər “kartdan-karta” köçürmələrin yaratdığı problemlərdən söz açır. Qərb ölkələrində IBAN köçürmələrinə daha çox üstünlük verirlər. Yəni proses üçün mərhələlərin sayı daha çox olur. Bu halda müştərini aldatmaq da çətinləşir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »