Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Suriyadan çıxarılan İran, Türkiyənin bölgədə güclənməsinə və nüfuz qazanmasına mane olmağa çalışacaq"
"Suriyadan çıxarılan İran, Türkiyənin bölgədə güclənməsinə və nüfuz qazanmasına mane olmağa çalışacaq"

“İngiltərənin bəzi nəşrlərinin yazdığına görə, Türkiyə Suriyada hərbi baza qurmaqla yanaşı, yenidən Suriya orudusunun yaradılmasına yardım etmək fikrindədir. Deyilənə görə, görə Türkiyə iki hərbi baza qurmaq niyyətindədir. Orada da Suriyaya qarşı hərhansı bir təhlükənin qarşısının alınması məqsəilə ilə 50 yə yaxın F-16 dan istifadə olunacaq. Bununla bağlı rəsmi məlumat hələ də verilməyib. Bu, ciddi bir dəyişiklikdən xəbər verir. Bu da o deməkdir ki, Türkiyənin bölgədə nüfuzu və gücü ciddi şəkildə artacaq, imkanları genişlənəcək. Türkiyə bununla imkan tapır ki, Suriyanın yenidən qurulmasında hər tərəfli gücünü ortaya qoysun. Bu gücün ortaya qoyulması, Türkiyəni yeni imkanlara sahib dövlətə çevirir. Yəni Türkiyə onu regional gücdən qlobal bir gücə çevirmə imkanını özündə ehtiva edən bir prosesə daxil olmuş olur. Bir sıra dövlətlər, o cümlədən İran rejimi istəməz ki, Türkiyə o bölgədə güclü bir dövlət olsun. Bunun gecikdirilməsi üçün bir sıra addımlar atmağa çalışacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, bir sıra məqamlarda Türkiyənin Suriyanın yeni höküməti ilə münasibətlərdə atılan addımlar İran rejimini narahat edir: “İran rejiminə yaxın qüvvələr elan edirlər ki, “biz Amerika ilə belə Türkiyənin o bölgədə güclənməsinin qarşısını almaq istiqamətində razılaşa bilərik, biz oradakı terror təşkilatlarını dəstəkləməklə bunu edə bilərik”, yəni PKK və ya YPG terror təşkilatı və ona yaxın qüvvələrin Türkiyəyə qarşı dəstəklənməsi məsələsini gündəmə gətirirlər. Bu da o deməkdir ki, İran rejimi bu məsələdən ciddi şəkildə narahatdır. Sözsüz ki, buna qarşı bir çox təxribatçı addımlar atacaq. Türkiyə daxilində bir sıra terror və təxribat fəaliyyətləri arta bilər, bu da təhlükəli məqamdır. Türkiyə dövləti də bunun fərqindədir və bilir ki, İran rejimi hər zaman Türkiyənin geopolitik imkanları və nüfuzunu zəiflətməyə çalışıb, onun güclü bir dövlətə çevrilməsi və qlobal güc potensialı daşıyan bir dövlət kimi yüksəlməsi məsələsində qarşısında dayanıb. İran rejimi ciddi təxribatlara gedə bilər və bu təxribatların da qarşısının alınmasında Türkiyə dövlətinin üzərinə ciddi yük düşür. Bu məsələdə Türkiyə dövləti çox ayıq-sayıq olmalıdır. Xüsusilə, Türkiyənin daxilində hər hansı bir təxribatın törədilməsi məsələsində Türkiyə diqqətli olmalıdır. Çünki İran rejimi bundan çəkinmir. İran rejimi diplomatik kanallar, danışıq yolları ilə bəzi problemləri həll etmə siyasətini önəmli hesab etmir. Əgər İran rejimi bunu həyata keçirirsə, görüntü məqsədiləbunu həyata keçirir. Arxa pərdədə İran düşmənçilik siyasətini davam etdirir”.

Sadiq İsabəyli Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib ki, Suriyada yeni dəyişiklik Türkiyənin xeyrinə olan bir proses oldu və bu Türkiyənin qarşısında ciddi sınaqlarla yanaşı ciddi imkanlar da yaradır: “Bu imkanların əldə edilməsi məsələsinin riskli olması üçün İran rejimi əlindən gələni edəcək və Suriyanın yeni hökumətinin Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlıqlarının qarşısında əngəl törətməyə çalşacaq, hərbi və təhlükəsizlik sahədə əməkdaşlıq, eləcə də Suriyanın yenidən qurulması prosesində İran rejimi sakit qalmayacaq”.

Politoloqun fikrincə, İran rejimi Türkiyə dövlətinə qarşı əngəl yaratmağa, təxribat törətməyə çalışacaq. Siyasi şərhçi hesab edir ki, İran rejiminin bu mövqeyinin qarşısında Türkiyənin mövqe qoymağa ciddi imkanları var.

“Bilirsiniz ki, İran çoxmillətli bir ölkədir. İranın siyasi coğrafiyasında 40 milyondan çox Azərbaycan türkləri, türkmənlər, qaşqay türkləri, Xorasan türkləri yaşayır. Bütün bu imkanlar, xüsusilə Cənubi Azərbaycanda olan imkanlar Türkiyənin bu mövqeyini gücləndirir”-deyən Sadiq İsabəyli hesab edir ki, Türkiyə dövləti bu imkanlardan ciddi şəkildə faydalanmalıdır.

“Cənubi Azərbaycan hər zaman İran rejiminin Türkiyəyə qarşı istənilən təxribatçı fəaliyyətinin qarşısında durub və onu əngəlləməyə çalışıb. Bu da Türkiyə üçün ciddi bir potensialdır. Türkiyə bunu görməzdən gələ bilməz. Təəssüf ki, Türkiyənin bir sıra siyasi qüvvələri, xüsusilə müxalif qüvvələr sanki Türkiyənin böyüməsini və qlobal təsiredici bir dövlətə çevrilməsini istəmirlər. Bəzən görürsünüz ki, “türkiyəçilik” adlı altında “irançılıq”, “rusiyaçılıq”, “avropaçılıq” edirlər”-deyən Sadiq İsabəyli hesab edir ki, burada Türkiyəyə qarşı xarci amillərin də təsiri mövcuddur və bunun da qarşısını Türkiyə dövləti almalıdır, yəni xarici nüfuz amili məsələsini Türkiyə ciddiyə almalıdır.

Sadiq İsabəyli hesab edir ki, Türkiyənin İranla bağlı xarici siyasətinə yenidən baxmasına ehtiyac var və bu istiqamətdə yeni konsepsiya ortaya qoyulmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »