Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Öztürkler Azərbaycan nümayəndə heyətini qəbul edib
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Öztürkler Azərbaycan nümayəndə heyətini qəbul edib

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler Azərbaycanın millət vəkillərindən, jurnalistlərdən və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edib.

Bizimyol.info xəbər verir ki, Cümhuriyyət Məclisindən verilən məlumata görə, Türk Birlikləri Həmrəylik Dərnəyinin (Türk-Bir) sabah təşkil edəcəyi "Rauf Raif Denktaş və Dr Fazıl Küçük 2-ci Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu" üçün ŞKTC-də olan nümayəndə heyətini Türk-Bir Başçısı Prof.Dr. Güven Arıklı qəbul edib.

Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər ziyafətdəki çıxışında tədbirin ŞKTC-nin beynəlxalq aləmdə tanınmasının artırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Prof. Dr. Öztürkler, Güven Arıklının himayəsi altında keçirilən tədbirin ciddi bir tanıtım fəaliyyəti olacağına inandığını ifadə edərək, bu cür təşkilatların ŞKTC-nin tanıdılması və beynəlxalq aləmdə qəbul olunması üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Öztürkler simpoziumun 12 ölkədən 52 rəsminin bir araya gəldiyini və ölkənin tanıdılmasına yönəlmiş bu cür elmi araşdırmaları və fəaliyyətləri hər zaman dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini bildirib.

ŞKTC-nin yaşaması və irəliləməsi üçün səy və mübarizənin lazım olduğunu deyən Öztürkler, Kipr Türk xalqının Ana Vətən Türkiyə ilə birlikdə bu mübarizəni bol-bol ortaya qoyduğunu söyləyib. Türk Bayrağın hər zaman yanlarında olduğunu ifadə edən Öztürkler: "Etəcəyimiz ən əhəmiyyətli şey, ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasını daha yaxşı bir nöqtəyə çatdırmaqdır", - deyib.

Azərbaycan Milli Məclisinin üzvü Anar İsgəndərov qeyd edib ki, Azərbaycan dövləti hər zaman Kipr türk xalqının yanındadır.

Milli Məclisin deputatı Jalə Əliyev: “Şimali Kiprimizin azadlığı, müstəqilliyi və sülhü hamımız üçün çox vacibdir”, - deyib.

Yığıncaqda çıxış edən Türk-Birin sədri Güven Arıklı simpoziumda 12 ölkədən 52 iştirakçının olacağını və təşkilatın ŞKTC-nin Türk Dünyasında daha yaxşı izah edilməsi və tanıtılması üçün əhəmiyyətli imkanlar təqdim etdiyini bildirib.

Türk-Birin sədri Güven Arıklı: “Adamıza gələn qonaqların peşələrinə görə bizi daha yaxşı təsvir edəcəyinə inanıram”, - deyib.

Son xəbərlər
Bütün xəbərlər »