Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bir günlük matəm elan edilib, bayraqları endirilib
Türkiyədə bir günlük matəm elan edilib, bayraqları endirilib

Türkiyədə bir günlük milli matəm elan edilib, dövlət bayraqları yarıya endirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

"Bolu Kartalkaya xizək kurortunda dünən Grand Kartal otelində baş verən və 76 nəfərin ölümünə səbəb olan yanğın hadisəsi bütün ölkənin vicdanını ağrıdıb. Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada yanğınla əlaqədar bir günlük milli matəm elan edildiyini açıqlayıb.

Milli matəm elan edildikdən sonra ölkə daxilindəki ictimai binalarda və xarici nümayəndəliklərdə bayraqlar yarıya qədər endirilib", - deyə məlumatda qeyd edilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »