Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Bakı-Qroznı reysi zamanı Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin müayinəsi üçün 8 nəfərdən ibarət nümayəndə heyəti təyin etdiklərini bildirib.
Bizimyol.info xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında paylaşım edib
Uraloğlu, sözügedən təyyarənin qəza-ölümünü araşdırmaq üçün Türkiyədən 8 nəfərdən ibarət istintaq komissiyası təyin etdiklərini bildirib: “Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında biz qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq, eləcə də lazımi dəstəyi göstərmək üçün ekspert komissiyası yaratdıq. Nümayəndə heyətimiz yerli hakimiyyət orqanları ilə koordinasiyada işləyərək insidentin bütün aspektlərini araşdıracaq və nəticələrini bildirəcək”, - deyə o bildirib.
Nümayəndə heyətinin bu gündən etibarən işə başlayacağını açıqlayan Uraloğlu: “Türkiyə olaraq hər bir şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət eləsin, xəsarət alan azərbaycanlı qardaşlarımıza tezliklə şəfa diləyirik”, - deyib.
Qadir, Bizimyol.info






