Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Hava Yollarının sisteminə kiberhücum olub, bəzi reyslər təxirə salınıb
Yaponiya Hava Yollarının sisteminə kiberhücum olub, bəzi reyslər təxirə salınıb

"Japan Airlines" (JAL) daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum səbəbindən bəzi reyslərin təxirə salındığını açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, rəsmi "Kyodo" xəbər agentliyinin məlumatına görə, "JAL"ın verdiyi açıqlamada daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum edildiyi bildirilib.

Açıqlamada, kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşların da mənfi təsirləndiyi qeyd edilib. Bu çərçivədə problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün səylərin göstərildiyi bildirilib.

Açıqlamada, kiberhücumun uçuşlara daha çox təsir göstərə biləcəyi, lakin təhlükənin olduğu güman edilən sistemin müvəqqəti olaraq bağlana biləcəyi ifadə edilib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşiymasa etdiyi şərhdə, hücumdan əziyyət çəkən müştərilərin şikayətlərinə cavab olaraq "JAL"dan sistemlərindəki problemi mümkün qədər tez aradan qaldırmağa çalışdıqları söylənilib.

Digər tərəfdən, Yaponiyada digər aviaşirkətlərin sistemlərində problem olmadığı bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »