Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Qazaxıstanda baş verən Azərbaycana məxsus sərnişin təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
"Bakıdan Qroznıya uçan Azərbaycan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını dərin hüznlə öyrəndik.
Bu faciəvi qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Həyatını itirənlərin yaxınlarına, qardaş Azərbaycan və Qazaxıstan hökumətlərinə və xalqına başsağlığı veririk".






