Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN təyyarə qəzasında həyatını itirənlərlə bağlı başsağlığı verib
Türkiyə XİN təyyarə qəzasında həyatını itirənlərlə bağlı başsağlığı verib

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həyatını itirənlərlə bağlı başsağlığı mesajı yayıb.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyi Qazaxıstanda baş verən təyyarə qəzası ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda bildirilib ki, bu gün səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması bizi dərindən kədərləndirib.

“Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır günlərdə azərbaycanlı və qazax qardaşlara hər cür dəstəyin göstərməyə hazırıq”, - deyə

bəyanatda vurğulanıb. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsində olan 72 nəfərdən 25-nin sağ qaldığı bildirilib.

Qeyd edilib ki, Bakı-Qroznı reysi ilə hərəkət edən AZAL-a məxsus sərnişin təyyarəsi quş sürüsünü vurub.

Son xəbərlər
Bütün xəbərlər »