Türkiyənin Balıkəsir bölgə mərkəzi Karesi rayonunda partlayıcı istehsal edən fabrikdə baş verən partlayış və çökmə nəticəsində 12 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Bizimyol.info türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonun Kavaklı səmtində fəaliyyət göstərən sursat fabrikinin kapsul istehsalı bölməsində naməlum səbəbdən partlayış baş verib.
Hadisənin ardından bölgəyə çoxlu sayda 112 Təcili Yardım, xilasetmə, jandarma, polis və bölgənin Fövqalədə halların İdarə Edilməsi Agetliyinini qrupları cəlb edilib.
Daxili işlər naziri Əli Yerlikaya partlayış nəticəsində 12 işçinin öldüyünü, 4 işçinin yaralandığını bildirib.
Balıkəsir valisi İsmail Ustaoğlu verdiyi açıqlamada partlayışdan sonra qrupların dərhal bölgəyə yönəldildiyini bildirib.
"ZSR Explosive Industry Inc"ə aid müəssisədə saat 08.25-də baş verən partlayışda 12 işçinin həyatını itirdiyini, yaralıların isə xəstəxanaya aparıldığını bildirən Ustaoğlu: “Hazırda bütün komandalarımızla hadisə yerindəyik. Soyutma işləri davam edir. Millətimizə keçmiş olsun deyirik. Xəsarət alanlara tezliklə şəfa arzulayır, həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm”, - deyib.
Vali Ustaoğlu məlumat verdi ki, çökmə yalnız müəssisənin kapsul istehsalı binasında baş verib. Digər binalarda da pəncərə şüşələrinin qırılması şəklində zərərin olduğunu bildirən Ustaoğlu: “Hadisə çox geniş əraziyə yayılmayıb. Yalnız bina çöküb”, - deyə qeyd edib.
Balıkesir Qubernatorluğundan verilən açıqlamada hadisə yerində işlərin davam etdiyi qeyd edilib. Açıqlamada partlayış nəticəsində 4 nəfərin yaralandığı bildirilir: “AFAD, UMKE, xilasetmə, jandarma və polis bölmələri hadisəyə müdaxilə etməyə davam edir. Həlak olan əməkdaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”, - deyib.
Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Balıkəsirdə Karesi rayonunda partlayıcı istehsal edən fabrikdə baş verən partlayışla bağlı istintaq başladılıb, 1 baş prokuror müavininin koordinasiyasında 4 dövlət prokuroru təyin edilib.
Nazir Tunç sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib: “Balıkəsir vilayətinin Karesi rayonundakı partlayıcı maddələr istehsal edən fabrikin kapsul istehsalı bölməsində baş verən partlayışla bağlı Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb, Baş prokurorun 1 müavininin koordinasiyası ilə 4 dövlət ittihamçısı işə təyin edilib. İstintaq çoxşaxəli və diqqətlə aparılır”. Tunç partlayışda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan partlayışı araşdırmaq üçün 2 baş müfəttiş və bir müfəttiş təyin etdiklərini bildirib.
Qadir, Bizimyol.info






