Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"OpenAI" keçmiş işçisi intihar edib: O, şirkətdən ayrıldıqdan sonra təəccüblü etiraflar edib
"OpenAI" keçmiş işçisi intihar edib: O, şirkətdən ayrıldıqdan sonra təəccüblü etiraflar edib

Süni intellekt sənayesinin öndə gedən adlarından biri olan "OpenAI" bu dəfə sənaye ilə əlaqəli olmayan xəbərlərlə gündəmdədir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlində "OpenAI"dən ayrılan və "ChatGPT" ilə bağlı diqqət çəkən açıqlamalar verən 26 yaşlı Suşir Balajinin evində ölü tapıldığı məlum olub.

"ChatGPT"nin inkişaf prosesinə əhəmiyyətli töhfə verən Suşir Balaji, "OpenAI"dən ayrıldıqdan sonra şirkəti tənqid etdi. "ChatGPT"nin inkişaf mərhələsində ABŞ-ın müəllif hüquqları qanunlarını pozduğunu deyən Balaji, daha sonra verdiyi müsahibədə "İnandığım şeyə inanırsansa, şirkətdən ayrılmalısan" deyərək diqqətçəkən bir açıqlama verdi.

Ölümün səbəbi intihar olaraq açıqlanıb

San Fransisko hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Suşir Balajinin intihar etdiyi müəyyən edilib. Gəncin kədərli olan ailəsi məsələ ilə bağlı açıqlama verməkdən imtina edərək, baş verənlərlə bağlı məxfilik istəyib. Balajini intihara sürükləyən prosesdə nə baş verdiyini heç kim bilmir.

Diqqət çəkən "OpenAI"in keçmiş əməkdaşının ölümü ilə bağlı verdiyi açıqlama olub. "OpenAI" sözçüsü tərəfindən edilən açıqlamada, bu kədərli xəbərdən məyus olduqları bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »