Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"ın qeydiyyatında olmayan nömrələrə mesaj göndərmək asanlaşacaq
"WhatsApp"ın qeydiyyatında olmayan nömrələrə mesaj göndərmək asanlaşacaq

"WhatsApp"ın ən son Android və iOS beta versiyalarında yeni funksiya sınaqdan keçirilir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu funksiya proqrama nömrə yığım aləti əlavə edəcək. Beləliklə, "WhatsApp"ın ən böyük problemlərindən biri tarixə çevriləcək.

Tətbiqin Android və iOS beta versiyalarında sınaqdan keçirilən bu yeni funksiya "WhatsApp"ın öz nömrə yığım alətinə sahib olmasına imkan verəcək.

"WhatsApp"ın ən böyük problemlərindən biri qeydiyyatsız nömrələrə zəng etmək və ya mesajlaşmaqdır. Budur, bu çətinliyi aradan qaldıracaq yeni funksiya sınaqdan keçirilir. Bu funksiya ilə "WhatsApp"da telefonunuzdakı Telefon proqramı kimi nömrə yığım aləti olacaq.

WhatsApp-ın yeni funksiyası belə görünəcək

WhatsApp

Yuxarıdakı ekran görüntüsündə gördüyünüz kimi, "WhatsApp"da çox faydalı nömrə yığan olacaq. Buradan istifadəçi telefonunda qeydiyyatda olmayan istifadəçiyə zəng edib mesaj göndərə biləcək. Eyni ekran nömrəni saxlamaq üçün də istifadə edilə bilər. Ən azı iOS versiyasında.

Eyni xüsusiyyət Android-də görünəcək:

WhatsApp

"WhatsApp"ın yeni funksiyası əslində aylar əvvəl ortaya çıxıb. Ancaq nə oldusad a, sınaq mərhələsində görünən xüsusiyyət yox oldu. Nömrə yığan alətin bu dəfəki aqibətinin necə olacağı hələ bəlli deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »