Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya casusluq qalmaqalı ilə çalxalanır: Ən yüksək səviyyəli sui-qəsd...
İtaliya casusluq qalmaqalı ilə çalxalanır: Ən yüksək səviyyəli sui-qəsd...

İsrail kəşfiyyatı Mossadın İtaliyada baş nazir Giorgia Meloni və yüksək vəzifəli məmurlara qarşı casusluq qalmaqalında əli olduğu iddia edilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsrailin "Yedioth Ahronot" qəzeti Mossadın Milanda yerləşən araşdırma şirkəti ilə əməkdaşlıq etdiyini və şəxsi məlumatları şantaj məqsədilə oğurladığını iddia edib. İtaliyada məsələ ilə bağlı başladılan istintaqda 4 nəfər həbs edilərkən, İtalyan mediası hadisəni "ən yüksək səviyyəli sui-qəsd" olaraq xarakterizə edib.

İsrailin "Yedioth Ahronot" qəzeti İtaliyada İsrail kəşfiyyatı Mossadla bağlı qalmaqalı açıqlayıb. Qəzetdəki xəbərə görə, Mossad İtaliyanın baş naziri Giorgia Meloni və yüksək vəzifəli şəxsləri hədəf alan casusluq qalmaqalında iştirak edib. Xəbərdə Mossadın Milanda yerləşən özəl araşdırma şirkəti Equalize ilə əməkdaşlıq etdiyi və onları şantaj etmək üçün tanınmış şəxslərin, eləcə də yüksək səviyyəli siyasətçilərin şəxsi məlumatlarını oğurladığı iddia edilib.

Müstəntiqlər bildiriblər ki, hakerlər İtaliya Daxili İşlər Nazirliyinin serverlərini sındırmış ola bilər. Faktla bağlı aparılan istintaq çərçivəsində azı 4 nəfər həbs edilib.

Baş şübhəli, təqaüddə olan yüksək səviyyəli hüquq-mühafizə orqanı əməkdaşı və Equalize tədqiqat şirkətinin direktoru, 2019-cu ildən 2024-cü ilə qədər nazirlikləri və polis serverlərini pozmaqda və satdığı və ya müştərilərinə satmağı planlaşdırdığı faylları yaratmaqda günahlandırılır.

Equalizenin müştəriləri böyük korporasiyalar və ya böyük hüquq firmaları kimi təsvir edilir ki, onlar öz rəqibləri üzərində üstünlük əldə etmək üçün məlumat alırlar, məhkəmə proseslərində uğur qazanırlar və ya şantaj edirlər.

İtaliyanın "Corriere Della Sera" qəzeti "Yedioth Ahronot"a istinadən verdiyi xəbərinə görə, müstəntiqlər məhbuslar arasında iki İsrail vətəndaşını kəşfiyyat agenti adlandırıblar. Müstəntiqlər iki agentin İranla qeyri-qanuni qaz ticarəti ilə bağlı məlumat əldə etmək istəyən şirkətə getdiklərini izləyiblər.

Müstəntiqlər bildiriblər ki, səfəri İtaliya kəşfiyyatı üçün işləyən Lorezo De Marcio kimi tanınan yüksək rütbəli polis məmuru təşkil edib. Səfər zamanı İsrail agentləri İtaliyanın dövlət qaz şirkəti ENI-nin İrandan qeyri-qanuni qaz aldığını iddia edərək, onun tələb etdiyi məlumatın müqabilində bir milyon avro ödəməyi təklif ediblər.

Müstəntiqlər həmçinin bildiriblər ki, səfər onlar Rusiyanın muzdlu qruplaşması "Vaqner" qrupu ilə əlaqəli rus hakerlərin və Rusiya banklarında aparılan əməliyyatların müəyyən edilməsində kömək istədikləri üçün baş tutub.

İtaliya mətbuatında yer alan xəbərə görə, təyyarə qəzasında dünyasını dəyişən "Vaqner"in lideri Yevgeni Priqojinin rus milyarderləri tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının istənilməsi də səfərin mövzuları arasında olub.

İtaliyanın baş naziri Giorgio Meloni istintaqa başlanılan iddiaların "qəbuledilməz" olduğunu bildirib və iddiaları "demokratiya üçün təhlükə" kimi qiymətləndirib.

İtaliyanın müdafiə naziri Quido Krosetto dövlət sirlərinin oğurlanması ilə bağlı narahatlıqla bağlı təcili parlament araşdırması tələb edib. Nazir bildirib ki, açıqlanan şəxsi məlumatlar aysberqin görünən hissəsidir.

İtaliya mediası insidenti mafiya üzvlərinin və kəşfiyyat xidmətlərinin, həmçinin Mossad da daxil olmaqla xarici kəşfiyyat xidmətlərinin məmurlarının iştirakı ilə yüksək səviyyəli sui-qəsd kimi qiymətləndirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »