Yunanıstanın paytaxtı Afinada hava limanında 300 kiloqram külçə qızıl keçirməyə cəhd edən vyetnamlı qadın həbs edilib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan polisi qızıl qaçaqmalçılığına görə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən vyetnamlı qadının Afina hava limanında tutulduğunu açıqlayıb.
Bildirilib ki, buz daşımaq üçün istifadə edilən avtomobillərin altına gizlədilən təxminən 300 kq qızıl külçəni qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən 64 yaşlı qadın tutulub.
Qeyd edilir ki, Yunanıstanda yaşayan qadın qızıl qaçaqmalçılığı üçün əksəriyyəti onun qohumları olan bir qrup şəriklə işləməkdə ittiham olunub.
Polisin açıqlamasında, qaçaqmalçı qrup aşkarlanmamaq və şəxsiyyətini müəyyən etmək üçün gömrük nəzarətindən kənar məntəqələrdən keçib. "Onlar külçələrin üzərindəki hərfləri və fərqləndirici işarələri də siliblər", - deyə polisin verdiyi məlumatda qeyd olunub.
Adı açıqlanmayan 64 yaşlı qadın üçün ötən il Vyetnam adından İnterpol tərəfindən qırmızı bildiriş verildiyi açıqlanıb.
Qadir, Bizimyol.info






