Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxın Şərqdəki əməliyyatlardan fərqli olaraq, Azərbaycanın lokal tədbirlərində heç bir dağıntı olmadı"
"Yaxın Şərqdəki əməliyyatlardan fərqli olaraq, Azərbaycanın lokal tədbirlərində heç bir dağıntı olmadı"

“Azərbaycan ordusunun və silahlı qüvvələrin inkişafı Azərbaycanın yaxın tarixdə gördüyü və əldə etdiyi nəticələrdir. Bunun ən əsası, Azərbaycan ordusunun 44 günlük müharibədə qələbə qazanması və öz ərazi bütövlüyünü bərpa etməkdir. Ancaq bunun anonsunu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hələ aprel hadisələrindən sonra verərək demişdi ki, “Azərbaycan ordusu qısaca bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir”. 30 il müdafiədə olan və güclü silahlarla silahlanan, “müdafiə xətti keçilə bilməz” mifi yaradan bir düşməni Azərbaycan ordusu qısa bir zamanda - 44 gün ərzində darmadağın edərək, Ali baş komandanın dediyi kimi ərazi bütövlüyünü bərpa etməyə doğrudan da qadir oldu. Bu gün biz qalib orduyuq, qalib silahlı qüvvələrik, qalib xalqıq. Müzəffər ali baş komandanımız var”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, Ali baş komandanın rəhbərliyi altında Azərbaycan ordusunun inkişafı lokal antiterror tədbirlərində də özünü göstərdi.

Şair Ramaldanov Şair Ramaldanov

“Bu gün dünyada gedən proseslər, İsrailin “Həmas”a qarşı antiteror tədbirləri fonunda və digər antiterror əməliyyatlar fonunda Azərbaycanın bir günlük  lokal antiterror tədbiri 15000-ə qədər sayı olan düşmənin tankları, artilleriya qurğuları, raket yayım vasitələri, hava hücumdan müdafiə sistemləri ilə silahlanmış bir düşməni, daha doğrusu terrorçuları Azərbaycan ərazisində qanunsuz Erməni silahlı birləşmələrini darmadağın edərək, Azərbaycanda separatizmə son qoymuşdu. Azərbaycan ordusu öz peşəkarlığı ilə bu əməliyyatı elə bir zərgər dəqiqliyi ilə keçirərək heç bir mülki şəxsə və mülki infrastrukturun dağılmasına imkan verməmişdi. Yaxın Şərqdə gedən proseslərə nəzər salsaq, görərik ki, 15-20 min nəfərlik “HƏMAS”-a qarşı antiterror əməliyyatlarında 40 mindən yuxarı mülki şəxsin tələf olub, 40-50% ümumi-mülki infrastruktur dağılıb. Proses 1 ildən çoxdur artıq davam edir.

İstər ərazi baxımından, istər qarşımızda olan qüvvə baxımından Azərbaycanın apardığı antiterror tədbirləri, terrorçulara qarşı daha böyük ərazidə, dağlıq, meşəlik sayılan, çətin relyefdə və ağır silahlarla silahlanan düşmənə qarşı aparılmışdır”-deyən hərbi ekspert bildirib ki, bu gün Azərbaycan silahlı qüvvələrinin apardığı istər 44 günlük müharibə döyüşləri, istərsə də 1 günlük lokal antiterror tədbirləri cənab prezidentin dediyi kimi aparıcı akademiyalarda və hərbi məktəblərdə təcrübə kimi istifadə olunur.

Ehtiyyatda olan polkovnik vurğulayıb ki, Azərbaycan ordusunun inkişafı, silahlı qüvvələrin gücü bu gün ancaq Azərbaycan torpaqlarının qorunmasına və toxunulmazlığına qarantor olaraq, həm də bu regionda sülhün dayanıqlığına təsir edən bir gücdür.

“Azərbaycan qonşu ölkələrin torpaqlarına hörmətlə yanaşaraq ərazi bütövlüyünü tanıyır. Heç bir dövlətə işğal gözü ilə baxmır. Hətta hələ də sülh müqaviləsi imzalamayan və müharibə şəraitində olan Ermənistana qarşı Azərbaycanın mövqeyi, regionda gedən təhlükəli proseslərə müəyyən bir şəkildə öz nüfuzu ilə təsir etmək imkanına malikdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı cənab prezident İlham Əliyev Milli Məclisdə çıxış edərkən, “bu günkü dünyada gedən proseslər ancaq güclü olan, güclü silahlı qüvvələri olan bir ölkə öz maraqlarını qoruya bilər”söyləmişdi”-deyə Şair Ramaldanov əlavə edib.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »