Çində bir kosmos və aviasiya şirkəti 2027-ci il üçün planlaşdırılan kosmik turizm ekspedisiyasının biletlərini satışa çıxarıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ölkə mətbuatda yer alan xəbərlərə görə, dünən axşam "Taobao" elektron ticarət saytında hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satılıb.
Qərargahı Çinin Jiangsu əyalətində yerləşən "Deep Blue Aerospace" adlı şirkət ölkədə kosmos turizmi bileti satan ilk şirkət olub.
2027-ci ildə raketlə suborbital ekspedisiya təşkil etməyi qarşısına məqsəd qoyan şirkət, 12 dəqiqə davam edəcəyi planlaşdırılan bu ekspedisiyanın ən azı 5 dəqiqəsində sərnişinləri atmosferdən kənarda kosmosa daşıyaraq çəkisizlikdə yaşamalarını təmin edəcəyini vəd edir.
Suborbital ekspedisiyanın xüsusi kosmik təyyarə ilə deyil, raketlə həyata keçirilməsi şirkətdən yaxın iki il ərzində bir çox pilotsuz uçuş sınaqları keçirməyi tələb edəcək.
Yenidən istifadə edilə bilən raket texnologiyasının köməyi ilə gələcəkdə bu cür kosmosa səyahətlərin xeyli ucuzlaşacağı proqnozlaşdırılır. Şirkət gələn ay ekspedisiya üçün daha çox bilet satmağı planlaşdırır.
Qadir, Bizimyol.info






