Bakı Dövlət Universitetinin Astrofizika kafedrası 2025-ci ildə fəsillərin başlama və bitmə vaxtlarını araşdırıb.
Bizimyol.info xəbər verir ki, bu haqda BDU-nun mətbuat xidmətinin rəhbıri Kəmalə Namazova sosial şəbəkə hesabında paylaşım edib.
Bakı Dövlət Universitetinin astrofiziklərinin araşdırmalarına görə, gələn il yaz fəsli Azərbaycana martın 20-də daxil olması martın Bakı vaxtı ilə saat 13:01:25-də daxil olacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Yay fəsli Azərbaycanda iyunun 21-i saat 06:42:11-də başlayacaq və 93 gün 15 saat 37 dəqiqə 5 saniyə dava edəcək. Payızın gəlişi sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Müddəti 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olaraq sürəcək. Qış isə dekabrın 21-i saat 19:03:01-da başlayıb, 88 gün 23 saat 42 dəqiqə 52 saniyə davam edəcək.
Leyla, Bizimyol.info






