Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyat önəmli açardır" - Video
"Qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyat önəmli açardır" - Video

Bu gün ADY-nin təşkilatçılığı ilə, “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə çıxış edən COP 29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov Azərbaycan üçün milli töhfələr sənədinin hazırlandığını bildirib. Elnur Sultanov həmçinin vurğulayıb ki, iqlim müzakirələrinin bel sütunu həmin sənəddir. Çünki bütün ölkələrinin öhdəliklərinin mənada və iqlim fəaliyyət planlarının ortaya qoyulması o sənədlər vasitəsilə gerçəkləşir.

Elnur Sultanov əlavə edib ki, Azərbaycanın 2022-ci ildə ümumi emissiyaları təqribən 61 milyon tondan çox olub.

“Azərbaycan emisiyaları dünyada mövcud olan emisiyaların mində biri ətrafındadır. Nəqliyyat sektoru Azərbaycandakı emissiyaların təqribən 15 faizinə təsir göstərir. Emissiyaların təqribən 5%-i hava yollarının, 2%-i dənizçiliyin, 1%- dəmir yollarının payına düşür"-deyə Elnur Sultanov qeyd edib.

Daha sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın önəmindən söz açıb.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki, dəmir yolu dayanıqlılığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1%-ni təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir.

Rövşən Rüstəmov / Foto: corp.ady.az Rövşən Rüstəmov / Foto: corp.ady.az

Rövşən Rüstəmov həmçinin qeyd edib ki, Azərbaycanda ümumi enerji istehlakının 1,12%-i dəmir yolu nəqliyyatının payına düşür və bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5%-dən az təşkil edir.

“Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib”-deyə sədr bildirib.

Tədbir çərçivəsində ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı baş tutub və video çarx nümayiş etdirilib.

Tədbirin sonunda ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »