Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini: "Yaxın günlərdə təkmilləşdirilmiş "Bakıkart" proqramı istifadəyə veriləcək" - Video
Nazir müavini: "Yaxın günlərdə təkmilləşdirilmiş "Bakıkart" proqramı istifadəyə veriləcək" - Video

Bu gün “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.

Qeyd edək ki, tədbirin əsas mövzusu Azərbaycanda dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlar olub.

Tədbirdə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq və dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamlarını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, son 9 ayda Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb. Elmin Məmmədovun sözlərinə görə, bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir. Belə ki, hazırda ölkə üzrə quraşdırılmış 184 elektrikdoldurma məntəqəsi var.

Elmin Məmmədov / Foto: corp.ady.az Elmin Məmmədov / Foto: corp.ady.az

Nazir müavini həmçinin bildirib ki, yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yenilənəcək. Aviasiya parkında 30-dan çox müasir təyyarənin yenilənməsi həyata keçirilib.

Elmin Məmmədov vurğulayıb ki, yaxın günlərdə təkmilləşdirilmiş "Bakıkart" proqramı istifadəyə veriləcək.

“Bu proqram Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək”-deyə Elmin Məmmədov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »