Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılacağı halda Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunlarının bu proseslərdə iştirakı nəzərdə tutulmayıb.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
“Rusiya Federasiyası FTX-nin sərhəd xidməti orqanlarına gəlincə, onların fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində (2020-ci il, Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladığı bəyanat) nəzərdə tutulmayıb”, - deyə o, "Armenpress" xəbər agentliyinə bildirib.
Badalyanın sözlərinə görə, Ermənistan Azərbaycanla əlaqəni başlamaqa, onların təhlükəsizliyinə zəmanət verərək, malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsini təşkil etməyə hazırdır. “Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Üçtərəfli bəyanatda faktiki olaraq nəzərdə tutulan regionun bütün nəqliyyat və iqtisadi infrastrukturunun blokdan çıxarılmasında maraqlı olmaqla, biz Azərbaycana blokun açılması prosesinə ən qısa zamanda başlamağı təklif edirik”, - deyə o bildirib.
Sentyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın 9 noyabr 2020-ci il tarixli Qarabağ üzrə üçtərəfli sazişi denonsasiya etmək istəyi ilə bağlı Ermənistandan rəsmi açıqlama almadığını bildirib. O, Ermənistan hakimiyyətinin bunu nəzərə alaraq, bu sənədi denonsasiya etmək istəməsi ilə bağlı sualı cavablandırarkən, baş nazir Nikol Paşinyan üçtərəfli bəyanatın doqquzuncu bəndini sitat gətirib, lakin axıra qədər deyil, nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçirildiyi bildirilən sonluğu buraxdığını bildirib.
Qadir, Bizimyol.info






