Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Beynəlxalq hüquq torpaqlarımızdakı kütləvi məzarlıqlar və pərakəndə basdırılmış minalara göz yumur"
"Beynəlxalq hüquq torpaqlarımızdakı kütləvi məzarlıqlar və pərakəndə basdırılmış minalara göz yumur"

“Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır”… Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb. “Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər və komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan həm Birinci Qarabağ müharibəsi zamanı, həm də İkinci Qarabağ müharibəsində əsir və girov götürülmüş azərbaycanlılara qarşı amansızcasına və vəhşicəsinə, terroristlərin insanlara davrandığı qaydada davranmışdır, əsir və girov götürülmüş silahsız sakinlərin şəxsiyyətlərini alçaltmaqla və onlara olmazın işgəncələr verməklə, insanlığa yaraşmayan hərəkətlərlə şiddət tətbiq etmişdir. Təbii ki, bu da heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmirdi.

Ramiz Alıyev Ramiz Alıyev

“Azərbaycan dövlət olaraq ölkə olaraq bütün beynəlxalq təşkilatlarda, tədbirlərdə bu məsələlərlə bağlı açıq şəkildə fikirlər bildirsə də Ermənistana qarşı müəyyən təzyiqlərin olmasını istəsək də, təəssüflər olsun ki, bunlar qarşılığını tapmamışdı. Çünki beynəlxalq hüquq normalarında yenə də ikili standartlar çərçivəsində islamofobiya, Türkiyəfobiya və digər məsələlər öz əksini tapır. Bu, çox təsirləndirici haldır. Ədalət prinsipləri beyəlxalq hüquq normalarında sanki bloklanmış vəziyyətdədir, tətbiq olunmur. Bu səbəbdən də, Azərbaycan öz problemini, BMT-nin Təhlükəsizlik Şurasının çıxartdığı qərarları öz güclü dəmir yumruğu ilə həll etməyə məcbur qaldı”.

Politoloq vurğulayıb ki, Birinci Qarabağ müharibəsində çox sayda igidlərimiz şəhid olub və erməni əsirliyinə düşən hərbiçilərimiz və mülki şəxslərdən bir çoxunun taleyi haqqında hələ də məlumatlar yoxdur.

“İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra müəyyən ərazilərdə azərbaycanlıların işgəncə görmüş bədənlərini kütləvi şəkildə torpağa basdırılmış formada aşkarlamışıq. Qalıqlar tapıldığı zaman, sözün əsl mənasında vəhşiliyin bir nümunəsini görmüşük. Təəssüflər olsun ki, beynəlxalq aləm bu vəhşilikləri görsə də, hələ də ona göz yumur və ciddi reaksiya verə bilmir və yaxud da vermək istəmir. Ermənistan dövləti dövlət olaraq, həm Birinci Qarabağ müharibəsində, həm də digər vaxtlarda azərbaycanlıların vəhşicəsinə öldürülməsi və onların qalıqlarının harada basdırılması haqqında Azərbaycan dövlətinə informasiyalar vermir, verməkdən boyun qaçırırlar. Eyni zamanda onlar minaların basdırılması ilə bağlı xəritələri Azərbaycana verməkdən yayınırlar, doğru məlumatların qeyd olunduğu xəritələri vermirlər. Bütün bunlar hamısı şübhə doğuran məsələlərdir. Bu kimi davranışlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaq istəyinə və sülh müqaviləsini bağlamaq istəyinə şübhələr yaradır”-deyən politoloq hesab edir ki, Ermənistan həqiqətən də cənab prezidentin də dediyi kimi sülh və sabitliyi istəyirsə, iki ölkə arasında olan problemlərin birdəfəlik həll olunmasını istəyirsə, vaxtı ilə vəhşicəsinə qətlə yetirmiş olduqları azərbaycanlıların qalıqlarının harda yerləşdiyi haqqında məlumatı və minaların basdırılmasını əks etdirən xəritələri Azərbaycan tərəfinə verməlidir. Belə olan halda bu Azərbaycanda Ermənistana olan etimadı və Ermənistanın dayanıqlı sülhə öz töhfəsini verə biləcəyinə inamını yaradacaq. Əks halda biz Ermənistana inana bilmirik və Ermənistanın gələcəkdə də yenidən revanşizmə əl atacağını istisna etmirik”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »