Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur dəhlizinin açılmasına "maneə" olan İran, öz iqtisadi gələcəyini Ermənistana qurban verir"
"Zəngəzur dəhlizinin açılmasına "maneə" olan İran, öz iqtisadi gələcəyini Ermənistana qurban verir"

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın mövqeyi konkretdir, bəllidir. "10 noyabr" bəyannaməsinin bəndinin icra olunmasında hal-hazırda böyük maneə Ermənistan və onun havadarlarıdır. Ermənistanın "ağa"ları dəhlizin açılmaması üçün Ermənistanı burdan çəkindirməyə müxtəlif bəhanələr uydurmaqla həm sülh müqaviləsinin imzalanmasına, həm də Zəngəzur dəhlizinin açılmaması üçün neqativ fəaliyyəti ortaya qoyurlar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, Ermənistan sərhədlərini özünün qırmızı xətti elan edən, mane olan ölkələrdən biri də İrandır.

Vüqar İskəndərov Vüqar İskəndərov

“İran siyasiləri mütəmadi olaraq, Zəngəzur dəhlizinin hansısa sərhədlərin dəyişilməsi ilə bağlı mülahizə yürüdür, öz qırmızı xətti adlandırır və orada hər hansı dəyişikliyin olmasına icazə verməyəcəklərini bildirirlər. Biz də bunun qarşılığında ritorik suallar veririk. Zəngəzur dəhlizinin açılması ilə Ermənistan və İran arasında hansı sərhədlər dəyişdirilir? Hansı tərəfdə kimə, İranamı və digər dövlətlərə hansı maneə törədilir? Bunun hələ də cavabını verən yoxdur, çünki belə bir məsələ mövcud deyil. Zəngəzur dəhlizinin açılması ilə İran başda olmaqla, Ermənistan və digər bölgə dövlətlərinin hər biri çox faydalı dividentlər götürə bilərlər. Hətta təkcə bölgə dövlətləri deyil, üzü Çindən Avropaya qədər ölkələr burdan çox böyük ölçüdə fayda qazana bilər. Bu, həm də faydalı əməkdaşlıq ola bilər. Sülhün dayanıqlı olması üçün, bu yolların təhlükəsiz olması və böyük qitələrə xidmət göstərməsi təbii ki, rasional düşüncəli siyasət yürüdən dövlətlərin marağında olmalıdır”-deyən deputat bildirib ki, İranın burada mövqeyi bəllidir, çünki İran işğal dövründə komfort zonada idi.

“Sərhədlərin olmaması, hər hansı bir dövlət orqanlarının fəaliyyətinin olmaması, Ermənistanla İran arasında qarşılıqlı quru yolu ilə də olsa, əməkdaşlıq formalaşmışdı. Hər iki dövlət ürəyi istəyən formada transmilli cinayətləri orada rahatlıqla icra edə bilirdilər və orada digər qara bizneslər qurmuşdular”-deyən deputatın fikrincə, hər iki tərəf bundan özləri üçün fayda götürürdü. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə və artıq dövlət institutlarnın bölgədə formalaşması ilə İran çox narahat bir duruma düşüb. Öz tranzit rolundan faydalanmasından baxmayaraq, Zəngəzur dəhlizini özünün qırmızı xətti bəyan edir.

“Burada digər məsələ də var. Bu da Azərbaycanla Türkiyənin quru yolla birləşməsi və bu yolla digər türk dövlətlərinin də bir yerdə olması, həm iqtisadi cəhətdən güclənməsi, həm də siyasi möhkəmlik, birgə fəaliyyət İranı narahat edir. İran bu hay-həşiri salmaqla daha çox pay götürməyə çalışır. Əgər iqtisadi tərəfdən rəqəmlərə baxsaq, 2023-cü ildə İranın tranzitdən əldə etdiyi gəlir digər illərə baxanda daha çox olub. Bu da əslinə qalsa, İranın marağında olmalıdır. Təsəvvür edək ki, həmin dəhlizin açılmaması ilə İran da ordan çox faydalı yol kimi, tranzit kimi də istifadə edə bilir. İran da bu bölgədə çox böyük bir transmilli bir yolun iştirakçısına çevrilir. Əgər real baxsaq və rasional siyasətlə mənzərəyə nəzər yetirsək, İran burdan sadəcə qazanc götürür, faydalanır. Amma İran bütün "güc"ünü Zəngəzur dəhlizinin açılmaması üçün səfərbər edib. İran da reallığın nədən ibarət olduğunu bilir. Sadəcə olaraq, bu məsələdə Ermənistanla olan sərhədlərdə artıq bütün beynəlxalq və milli qanunvericiliyin tələbləri yerinə yetirilməsi. orada qayda və qanunun mövcud olması İranı narahat edir. Ona görə də hətta böyük qazancdan belə imtina etməyə hazır olduğunu göstərir”-deyə deputat bildirib.

Vüqar İskəndərov hesab edir ki, İranın reaksiyasından asılı olmayaraq, dəhliz açılacaq. Çünki Ermənistan özü də bu dəhlizindən çox böyük fayda götürəcəyini bilir.

“Əsas məsələ orada yola nəzarət məsələsidir ki, bu da “10 noyabr” bəyanatında açıq-aydın, konkret göstərilib. Sadəcə olaraq, yolun açılması azərbaycanlıların və Azərbaycan məhsullarının oradan maneəsiz Azərbaycanın digər ərazisinə keçməsidir. Bu da əslinə qalsa, beynəlxalq hüquqda çox normal bir prinsiplərlə həmişə mövcud olub. Digər nümunələr də var. Azərbaycan da həmin nümunələrdən istifadə edir. Dəhlizin açılması ilə Azərbaycanla bərabər bütün bölgə dövlətləri və digər qitələrdə xətt üzərində olan dövlətlər də hər biri həm faydalı əməkdaşlığa, həm də iqtisadi dirçəlişə nail ola biləcəklər”-deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »