Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"27 sentyabr Vətənin bütövlüyü və azadlığı uğrunda tarixi qələbəmizə gedən yolun başlanğıcıdır"
"27 sentyabr Vətənin bütövlüyü və azadlığı uğrunda tarixi qələbəmizə gedən yolun başlanğıcıdır"

"27 sentyabr tarixi qələbəmizə gedən yolun başlanğıcıdır. Bu yol bu tarix Azərbaycan tarixdə əsrlərlə yaşayacaq, insanlar tərəfindən əbədi xatırlanacaq və qələbəmizin təmin olunmasında xidməti olanlar məhəbbətlə yad ediləcəkdir. Bu tarix Azərbaycan prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin, Azərbaycan ordusunun qüdrətinin və xalqın birliyinin təntənəsidir. 44 günlük müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda vuruşmağı, qalib gəlməyi, haqqı-ədaləti bərpa etməyi bacarır. 44 gündə Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi. Keçilməz maneələr dəf olundu. Əsgər və zabitlərimiz böyük şücaət göstərdilər".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Azərbaycan prezidentinin qətiyyəti və müdrikliyi 44 günün hər anında özünü göstərdi.

Tahir Rzayev Tahir Rzayev

“Xalqa edilən müraciətlər, verilən bəyanatlar və xarici mediaya müsahibələr bir daha göstərdi ki, ölkə rəhbəri sülh, demokratiya, azadlıq uğrunda mübarizə apardığı kimi hərbi meydandakı döyüşdə də mübarizdir. Prezident İlham Əliyev xalqı səfərbər etməyi, ordunu qələbəyə ruhlandırmağı bacarır.

44 günlük müharibə Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Erməni faşistləri, Ermənistanın hakim dairələri məğlub olduqlarını açıq etiraf etdilər və təslim oldular. Bu tarixi hadisə bir daha dünyaya nümayiş etdirdi ki, zülm, təcavüz heç vaxt qalib gələ bilməz. Uzun illər keçsə də, haqq-ədalət öz yerini tapır. 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın taleyi, viranə qoyulan şəhər və kəndlərimizin faciəsi Azərbaycan xalqını illərlə narahat etsə də, bu itki onların ağrılarına, acılarına çevrilsə də bu gün qələbəmiz bizə sevinclər bəxş etmişdir”-deyədeputat vurğulayıb.

Tahir Rzayev bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, abadlıq, bərpa-quruculuq işləri aparılır: “Cənab İlham Əliyev bu günlərdə 7-ci çağırış Milli Məclisin birinci iclasında ölkədə gedən inkişafa, quruculuq işlərinə böyük önəm verərək, bildirdi ki, “biz ordu quruculuğunu bundan sonra da möhkəmləndirməliyik, biz birliyimizi səfərbər etməliyik. İşğaldan azad olunmuş ərazilərdə tikinti bərpa quruculuq işləri daha da sürətləndirilməlidir”. Ölkə rəhbəri qeyd etdi ki, həmin quruculuq işləri üçün son illər 19 milyard manat vəsait ayrılmasına baxmayaraq, yenə də biz maliyyə imkanlarımızla Qarabağ və Şərqi Zəngəzur torpaqlarını gülüstana çevirməliyik”.

“Bu gün anım günüdür, Azərbaycan xalqı bu günlə fəxr etməkdə haqlıdır. İlllər əvvəl bu gün faşizm üzərində üzərində qələbənin təntənəsini təmin edən bir yolun başlanğıcındayıq. Ona görə də Azərbaycan xalqı 27 sentyabrı fəxrlə qeyd edir, şəhidlərimizin ruhuna dualar oxuyur. Biz qürurluyuq, çünki 44 günün davamı olaraq, 23 saatlıq lokal antiterror tədbirləri Azərbaycan tam suverenliyini təmin edib. Həmin 23 saat, məhz 44 günün davamı oldu. Erməni separatçılarının ayağı Qarabağ torpaqlarından tamamilə  kəsildi.

Artıq Xankəndi, Şuşa, Ağdam - işğaldan azad olunmuş bütün ərazilərimizə köç başlanılıb. Ölkə rəhbəri başda olmaqla, insanlar Qarabağ torpaqlarını və Şərqi Zəngəzuru cənnətə çevirməkdədir. Bu, belə də olmalıdır”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »