Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbdəki müttəfiqlərindən hərbi-siyasi dəstək alan Ermənistan Azərbaycana hücum edəcək gücdə deyil"
"Qərbdəki müttəfiqlərindən hərbi-siyasi dəstək alan Ermənistan Azərbaycana hücum edəcək gücdə deyil"

ABŞ konqresinin bir qrup nümayəndəsi “Artsax Gəlirlərinin Bərpası Aktı”-nı qəbul etdirməyə çalışırlar. Burada da bir tərəfli olaraq Ermənistana köçən Qarabağ ermənilərinə dəyən ziyanın ödənilməsi və onların çəkdiyi "əzab"lara görə kompensasiya verilməsi nəzərdə tutulub. Sözün əsl mənasında burada "Artsax” xalqına qarşı çox böyük saygı göstərirlər. Ancaq təəssüf ki, onlar 30 il Azərbaycan torpaqlarını işğal edən ermənilər haqqında bir söz demirlər. 35 il bundan qabaq 1988-92-ci illərdə Ermənistandan qovulub, didərgin salınan 250 mindən artıq Azərbaycanlı haqqında bir söz demirlər. Onların haqları haqqında heç bir söhbət açmırlar. Çünki….

Politoloq Elşad Həsənov Bizimyol.info xəbərportalına açıqlamasında bildirib ki, bu konqresmenlər məhz Amerikada olan erməni diasporunun dəstəyi ilə bu sənədi hazırlayıblar. Politoloq qeyd edib ki, onların bu cəhdləri baş tutmayacaq. Tutsa belə, nəticəsiz qalacaq.= Çünki bütün Birləşmiş Millətlər təşkilatı bilir ki, biz öz  ərazi bütövlüyümüzü təmin etmişik, işğal olunmuş torpaqlarımızı azad etmişik.

Elşad Həsənov Elşad Həsənov

“Məhz Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının (həmin şurada ABŞ, Fransa, Çin, Rusiya və Ukrayna var) üzvlərinin qəbul etdiyi 4 məlum qərar 28,-30 il icra olunmadı. Ancaq bunu Azərbaycan ordusu icra etdi. Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdi”-deyən politoloq vurğulayıb ki, erməni yönümlü konqresmenlərin belə bir sənəd hazırlaması təəssüf doğurur. Onlar bir qayda olaraq, 100 minə qədər erməninin çıxıb getməsi və onların yenidən geri qayıtması haqqında məsələ qaldırırlar.

Politoloq bildirib ki, bu barədə ABŞ vitse-prezidenti Kamala Harris də Ermənistanın müstəqillik günü ilə bağlı göndərdiyi məktubunda da Qarabağ ermənilərinin geri qaytarılması üçün lazım olan məsələlərin görülməsini vacib olduğunu bildirir və prezidentliyə namizəd dilinə gətirmir ki, Ermənistandan köçürülən azərbaycanlılar da geri qaytarılmalıdır.

“Son dövrlər Azərbaycana qarşı belə təhdidlərin yaranması Fransadan, ABŞ-dan müəyyən deputatların, parlament üzvlərinin, konqresmenlərin belə çıxışları təəssüf doğurur. Bu davranışla Bakı-Vaşinqton arasında münasibətlərə müəyyən mənada sərinlik gətirilə bilərlər. Təbii ki, biz də öz həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmışıq” deyə politoloq əlavə edib.

Elşad Həsənov qeyd edib ki, Ermənistanın baş naziri öz imzası ilə Azərbaycan ərazisini tanıdığını təsdiq etdi.

“Tarixi torpaqlarımızın 20% düşmən tapdağında idi, onu da azad etmişik Biz Ermənistan torpağına iddialı deyilik. Baxmayaraq ki,həmin torpaqların da böyük əksəriyyəti bizimdir. Sovet dönəmində onlara bizim torpaqlarımız verilib, bəxşiş edilib. Ancaq biz bu gün o məsələni qaldırmırıq. Dövlət səviyyəsində o məsələ qaldırılmır. Ermənistandan zorla köçürülmüş soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması məsələsini Qərbi Azərbaycan icması qaldırıb və bu da BMT-nin qərarında öz əksini tapır ki, köçürülən şəxslər yenidən öz torpaqlarında yaşaya bilərlər. Biz bunu tələb edirik. Qarabağdan köçüb gedənlərin bir daha geri qayıtmasını tələb etmək absurd məsələdir. Heç onların özləri qayıdıb, gəlmək istəmirlər. Ancaq son dövrlər bu təbliğatların nəticəsində artıq İrəvanda bu haqda məsələlər qaldırılır ki, “həmin adamlar geri qaytarılsın””-deyən Elşad Həsənov bildirib ki, Azərbaycana olan bu təhdidləri nəzərə alaraq bütün gücümüzlə çalışmalıyıq, müdafiə sistemimizin keyfiyyət səviyyəsini artırmalı və bizə qarşı ünvanlanan təhdidlərə, yarana biləcək hücumlara vaxtında layiqli cavab verə bilməliyik.

Politoloq hesab edir ki, yaxın 10-15 ildə Azərbaycana qarşı Ermənistan nəsə edə biləcək gücdə deyil.

“Qərb havadarları onu qızışdırsa da, Ermənistan o gücdə deyil ki, Azərbaycana qarşı hücumlar etsin. Sözügedən akt qəbul edilərsə, ABŞ-la aramızda olan münasibətlərə gərginlik gətirəcək. Bu da öz növbəsində beynəlxalq gərginliyə səbəb olacaq bir məsələdir. Azərbaycanın öz gücünə inamı var. Azərbaycanın Türk dövlətlərinin birliyinə böyük inamı var. Çünki bizim ailəmiz Türk ailəsidir. Bizim istiqamətimiz Türk Dövlətləri Birliyidir. Bizim strateji müttəfiqlərimiz var. Biz bununla qürur duyuruq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »