Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təxribatçı himayədarlar Ermənistanın kapitulyasiyasını qəbul etmək istəmirdilər, indi də vəziyyət eynidir"
"Təxribatçı himayədarlar Ermənistanın kapitulyasiyasını qəbul etmək istəmirdilər, indi də vəziyyət eynidir"

"27 sentyabr 44 günlük Vətən müharibəsinin növbəti il dönümüdür. 27 sentyabra qədər uzun müddət torpaqlarımız işğal altında olub və dünya birliyi də buna göz yumub. Əslində hadisələrin sonraki gedişi aydın göstərdi ki, böyük dövlətlər ATƏT-in “Minsk” qrupunun həmsədri olan ölkələr bizim ərazilərimizin elə işğal altında qalmasına maraqlı olub. Maraqlı olub ki, o torpaqlar ermənilərə verilsin. Hadisələrin gedişi də bunu aydın göstərdi".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat bildirib ki, Azərbaycan millət olaraq, dövlət olaraq işğal faktı ilə barışmadı və 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Deputat deyir ki, sonrakı mərhələdə Azərbaycana qarşı gərgin bir ideoloji basqı oldu, siyasi təzyiqlər başladı.

"Böyük Azərbaycan" Partiyasının sədri, politoloq Elşad Musayev Elşad Musayev

“Açıq demək lazımdır ki, xristian dünyası Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsilə barışa bilmirdi və hər vəchlə Ermənistana dəstək verməyə çalışırdılar. Burada da istisnasız bütün ölkələrin adını çəkmək olar. Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, İran digər Avropa İttifaqına daxil olan ölkələrin böyük əksəriyyəti hadisələrə daha çox ikili standartdan yanaşıb və ermənilərin tərəfində durublar. Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya və Türk dövlətlərinin mövqeyi fərqli olub. Qardaş Türkiyə müharibə müddətində açıq dəstək verib.

Sonrakı mərhələlərdə rus sülhməramlıları Azərbaycanda idi. Onların varlığı olan müddətdə də Azərbaycan öz ərazilərini işğaldan azad etməklə məşğul oldu. Yüksəklikləri azad etdik, sərhəd keçid məntəqəsi yaratdıq. Ərazi bütövlüyümüzü təmin etmək üçün lazım olan addımları atdıq. Nəhayət, ötən il sentyabrın 19-dan 20-nə keçən gecə Xankəndi və ətraf bölgələrdə lokal antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qaldıq. Çünki təqribən 10 mindən çox erməni terrorçu dəstəsi və qanunsuz hərbi birləşmələr orada idi. Rus sülhməramlıları onlara himayədarlıq edirdi. Azərbaycanın ərazilərini su yoluna döndərmişdilər. Fransadan dövlət nümayəndələri gəlirdi, İranın tırları sərbəst keçirdi. Biz bunların hamısının qarşısını aldıq.

Nəhayət amerikan generalları Ermənistanda Ermənistan hərbiçiləri ilə bir yerdə təlim keçirdiyi vaxtda, 19-20 sentyabr tarixlərində lokal antiterror əməliyyatı həyata keçirdik. Bundan sonra ermənilər məğlub oldular. Onlar kütləvi və könüllü şəkildə Azərbaycan ərazisini tərk etdilər”-deyə deputat bildirib.

Elşad Musayev qeyd edib ki, orada yaşayan erməni əhalisinin hamısı demək olar ki, Azərbaycana qarşı döyüşüb və onların əli Azərbaycan xalqının qanına batıb.

“Bu səbəbdən də, buradan çıxıb getməyə üstünlük verdilər. Açığını deyim ki, bu hadisə çox böyük əhəmiyyət daşıyırdı. Azərbaycan ərazisindən terrorçuları, daşnak dəstəsinin törtöküntüləri, ölkəmizə qarşı qara yaraya çevrilmiş separatçılar çıxıb getdilər. Təbii ki, iri güclər bunu istəmirdilər. Onlar Ermənistanın kapitulyasiyasını qəbul etmək istəmirdilər. İndinin özündə də belədir”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »