Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcəyini bəyan edib
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcəyini bəyan edib

“Ermənistan Azərbaycan tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik etmək niyyətində deyil”.

Bizimyol.info xəbər verir ki, bu bəyanatla Baş Nazir Nikol Paşinyanın partiyasının sədr müavini, Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə çıxış edib.

“Ermənistan Respublikası öz konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişdirə bilər, Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə öz konstitusiyasını dəyişdirməyəcək və bu dəyişikliyi etmək Ermənistan Respublikasının daxili işidir”, - deyə o, jurnalistin Bakıdan müvafiq tələbin olması ilə bağlı sualına cavab olaraq bildirib.

Papoyan onu da əlavə edib ki, Ermənistan Azərbaycanla qarşılıqlı prinsip əsasında nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi imzalamaq üçün Ermənistan konstitusiyasını dəyişməli və əsas qanundan 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı çıxarmalıdır. Bu sənəd Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edir, həmçinin 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin soyqırımından bəhs edir.

Paşinyan ilin əvvəlində konstitusiyaya dəyişikliklə bağlı yeni referendum təşəbbüsü ilə çıxış edəcəyini bildirsə də, konkret tarixlər deməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »