Hepatit hələ də milyonlarla insanı təsir edən ciddi sağlamlıq problemidir. İş o yerə çatıb ki, dünyada hər il 1 milyondan çox insan hepatit viruslarının yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, dünyada 350 milyon insanı təsir edən hepatit hələ də ciddi olaraq sağlamlıq problemi kimi qalmaqdadır...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-cü il Qlobal Hepatit Hesabatına əsasən, viral hepatitlər nəticəsində həyatını itirənlərin sayı günü-gündən artır. İş o yerə çatıb ki, hepatit dünyada yoluxucu xəstəliklərdən ölüm hallarına görə ikinci yerdədir. 187 ölkədən alınan məlumatlar 2022-ci ildə viral hepatitdən ölənlərin sayının 1,3 milyona çatacağını göstərir. Yeri gəlmişkən, dünyada 3500 nəfər Hepatit B və C infeksiyasından dünyasını dəyişdiyi halda, 6 mindən çox insan yeni virusun yaratdığı hepatitə yoluxur.
ÜST 2022-ci ildə 254 milyon insanın hepatit B, 50 milyon insanın isə hepatit C ilə yaşayacağını təxmin edir. Türkiyədə aparılan bir araşdırma 18 yaşdan yuxarı hər üç nəfərdən birinin Hepatit B virusu ilə qarşılaşdığını ortaya çıxarıb.
Belə mühüm sağlamlıq problemi olan hepatitlərlə bağlı maarifləndirmə işlərinin aparılması məqsədilə hər il iyulun 28-i “Ümumdünya Hepatitlə Mübarizə Günü” elan edilir və əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Bu özəl günə görə Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Qastroenterologiya Bölümü Müəllim Dos. Dr. Coşkun Özer Demirtaş dəyərləndirmə edib.
1. Hepatit nədir?
Hepatit qaraciyərin iltihabı deməkdir. Hepatit viruslar, alkoqol və narkotik kimi faktorlardan qaynaqlanır. Hepatit virusları klassik olaraq 5 növə bölünür. Hepatit A, B və C virus infeksiyaları ən çox yayılmışdır. Hepatit D və E infeksiyaları daha nadirdir.
2. Hepatitin hansı növü hansı yolla ötürülür?
Hepatit A və E virusla çirklənmiş su və qida qəbul etməklə, hepatit B və C isə qan, bədən mayeləri və ya cinsi yolla ötürülür. Adekvat sterilizasiya tədbirləri görülməzsə, bədəndə edilən hər cür invaziv əməliyyatlar, məsələn, döymə, pirsinq, manikür, pedikür və diş əməliyyatları da Hepatit B və C infeksiyalarının ötürülməsinə səbəb olur.
3. Hepatitdən qorunma yolları hansılardır?
Peyvəndlə hepatit A və B infeksiyasından qorunmaq mümkündür. Türkiyədə hepatit B peyvəndi bütün yeni doğulmuş körpələrə 0, 1 və 6 aylıq dövrdə müntəzəm olaraq vurulur. Bu məcburi peyvənd proqramı sayəsində 2030-cu ilə qədər hepatit B-yə yoluxma tezliyinin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır. Hepatit A peyvəndi 18 və 24-cü aylarda 2 dozada vurulur. Test nəticəsində bu viruslara qarşı immuniteti olmadığı aşkarlanan böyüklər və uşaqlar da eyni sxemlə peyvənd olunurlar. Hepatitin digər növlərinə qarşı peyvənd yoxdur.
Sağlamlıqda ciddi problemlər yarada bilən hepatit B və C infeksiyalarının tanınması, cəmiyyətdə maarifləndirmənin gücləndirilməsi və onlardan qorunmaq üçün hepatit testlərinin sayının artırılması vacibdir. Yenə test nəticələrinə görə, infeksiyaya yoluxmayan insanların peyvənd edilməsi, yoluxmuş şəxslərin müalicəyə çıxışının asanlaşdırılması, peyvəndlə yeni doğulmuş uşaqların immunitetinin artırılması, anadan körpəyə keçməsinin qarşısının alınması, təhlükəsiz qan məhsullarından istifadə edilməsi və hər cür müdaxilə prosedurlarında sterilizasiyaya diqqət yetirilməsi ən mühüm müdafiə strategiyalarındandır.
Hepatit A və E infeksiyasından qorunmaq üçün ümumi və əl gigiyenasına diqqət yetirilməli, içməli su və hovuz suyunun təmizliyinə diqqət yetirilməlidir.
4. Hepatit üçün risk qrupuna kimlər daxildir?
Səhiyyə və laboratoriya işçiləri, tez-tez qan və qan məhsullarını köçürən insanlar, venadaxili narkomaniya, hemodializ xəstələri, hər hansı qaraciyər xəstəliyi olan insanlar risk qrupuna daxildir.
5. Hepatiti müalicə etmək olarmı?
Hepatit A və E infeksiyaları adətən heç bir xüsusi müalicə olmadan öz-özünə sağalır və qaraciyərə heç bir zərər vermədən və ya xroniki hala keçmədən bədəndən xaric edilə bilir.
Hepatit B və C infeksiyaları xroniki ola bilər. Hətta inkişaf etmiş mərhələlərdə qaraciyərdə siroz və xərçəngə səbəb ola bilər. Hepatit B üçün gündə bir həb müalicəsi ilə, demək olar ki, bütün xəstələrdə virusu tamamilə məhv etməklə siroz və qaraciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.
Hepatit C infeksiyası üçün 2016-cı ildən mövcud olan yeni nəsil dərman variantları ilə 8-12 həftəlik müalicədən sonra bütün xəstələrdə virus bədəndən təmizlənə bilir. Hələ də siroz, qaraciyər xərçəngi və qaraciyər transplantasiyasının ən çox görülən səbəbi olan hepatit B və C virus infeksiyalarının erkən aşkarlanması və siroz və qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemlərinə yol açmadan müalicə edilməsi həyati əhəmiyyət kəsb edir.
Qadir, Bizimyol.info






