Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dilimin ucundadır"... Bəzən bildiyimiz sözü tapıb deyə bilmirik - Elmi izahı nədir?
"Dilimin ucundadır"... Bəzən bildiyimiz sözü tapıb deyə bilmirik - Elmi izahı nədir?

Ən əsəbi məqamlardan biri: “Dilimin ucundadır!” Təbii ki, bu vəziyyətin arxasında müəyyən maddi səbəblər var. Elm bu barədə nə deyir?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, elmi adı "letologica" olan sözləri xatırlaya bilməmək vəziyyəti hamımızın başına gəlir. "Dilimin ucundadır!", - deyirik, amma deyəcəyimiz sözü tapa bilmirik.

Beynin işini anlamaqda mühüm yeri olan "letologica" anında tam olaraq nə baş verdiyini və niyə söz tapa bilmədiyimizə daha yaxından nəzər salaq.

“Fonoloji ləngimə” baş verir

Demək istədiyiniz söz və ya ad ağlınıza gələ bilmirsə və yerinə başqa sözlər gəlirsə, beyniniz əslində demək istədiyinizi arxa plana buraxaraq oxşar səsləri olan başqa sözləri önə qoyur. Tədqiqatlar göstərir ki, bu, ikidilli insanlarda daha tez-tez baş verir, çünki onların zehnində fonoloji bloker rolunu oynayan daha çox söz var.

“Fonoloji ləngimə” əsas səbəb deyil

Bəzi sözlər və ya adlar digərləri ilə nə qədər az istifadə edilərsə, beyindəki giriş nöqtələrində bir o qədər geriyə gedirlər. Yəni sözlər çox işlədilməyəndə onların səslərlə əlaqəsi zəifləyir. Nə qədər az istifadə etsəniz, o sözə çatmaq bir o qədər çətindir.

Psixoloq Tom Stafford: “Yaddaşın işləmə üsulu çox maraqlıdır; Yeni məlumatları yadda saxlamaq üçün vacib olan onunla nə qədər əlaqə qurduğumuzdur, onu nə qədər yadda saxlamaq istəməyimiz deyil."

Çox söz bilsək də, məsələn, dilimizdə minlərlə söz var, onların hamısından istifadə etmirik. Gündəlik həyatımızda istifadə etdiyimiz şeylər olduqca məhduddur. Ona görə də biz onu birdən xatırlamaqda və ağlın dərinliklərindən çıxarmaqda çətinlik çəkirik.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »