Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın İlam vilayətində bal arılarının 80 faizi tələf olub
İranın İlam vilayətində bal arılarının 80 faizi tələf olub

İranın qərbi və cənub-şərqindəki bəzi əyalətlərə təsir edən toz fırtınaları nəticəsində son illərdə İlam vilayətində bal arıların 80 faizi kütləvi şəkildə tələf olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Xuzistan əyalətinin baş direktoru Davud Mirşəkər bildirib ki, son illərdə Xuzistan, Kirmanşah, İlam, Hörmüzqan və Cənubi Xorasan vilayətlərində baş verən toz fırtınaları insan ölümləri və heyvanların tələf olmasına səbəb olan böyük fəsadlar törədib.

Mirşəkar 2018-ci ildə təkcə bu ştatlarda maddi ziyanın təxminən 6 trilyon tümən (104 milyon dollar) hesablandığını bildirib: “Təbii ki, bu zərər 2018-ci illə müqayisə edilir və indi bu maddi ziyan xeyli çoxdur”, - deyə o qeyd edib.

Mirşəkar bildirib ki, toz çirklənməsinin insan sağlamlığına, bitki örtüyünə, kənd təsərrüfatına mənfi təsirləri, istehsalın və qida məhsullarının azalmasına səbəb olub: “Bir halda, təkcə İlam əyalətində bal arılarına əsaslanan hesablama təəssüf ki, bu bal arılarının təxminən 80 faizini məhv edib. Bu, İlam kimi məhrum bir ərazidə yaşayan insanlar üçün həm sosial, həm də iqtisadi baxımdan çox ağır itkidir”, - deyə baş direktor bildirib.

İran rəsmisi toz hissəciklərinin azaldılması və qarşısının alınması üçün təcili tədbirlərin görülməli olduğunu və onlardan birinin regionda yaşıllıqların artırılması olduğunu bildirib. İranda ölkənin bir çox şəhərləri ilin bəzi vaxtlarında qərbdən əsən güclü küləklərin daşıdığı deyilən toz təbəqələrinin yaratdığı hava çirkliliyinə məruz qalır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »