Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı parkinqi... Honq-Konqda bir avtomobil üçün 1,3 milyon dollar dəyərindədir
Dünyanın ən bahalı parkinqi... Honq-Konqda bir avtomobil üçün 1,3 milyon dollar dəyərindədir

Şübhəsiz ki, avtomobilimiz üçün park yeri tapmaq indi böyük problemdir. Bəs sizcə, parkinq yeri nə qədər baha ola bilər?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Honq-Konq dünyanın ən sıx məskunlaşdığı şəhərlərdən biridir, yüksək yaşayış qiymətləri və məhdud yerlə tanınır.

Bu şəhərdə əmlak qiymətləri və kirayə qiymətləri onsuz da kifayət qədər yüksək olduğundan, dünyanın ən bahalı parkinqinin də burada olması təəccüblü deyil.

Bu dayanacaq Honq-Konq adasındakı "The Peak"da lüks yaşayış binasında yerləşir

Şəhərin ən prestijli və bahalı ərazilərindən biri kimi tanınan bu ərazidə nəqliyyat vasitələri üçün parkinq yerlərinin tapılması böyük problemdir.

Dayanacağın yerləşdiyi kompleks təkcə sakinlərin deyil, həm də yüksək gəlirli şəxslərin, iş adamlarının da marağına səbəb olan ərazidir.

Bu vəziyyətdə, lüks avtomobilləri üçün park yeri axtarmaqla məşğul olmaq istəməyən zənginlər üçün park yeri almaq yarışı parkinq yerlərini sənayeyə çevirib.

Bu dayanacağın dəyəri düz 1,3 milyon dollardır!

Honq Konq məhdud ərazisi və yüksək əhali sıxlığı səbəbindən davamlı olaraq yüksək tələbat olan bir şəhərdir. Xüsusilə mərkəzi ərazilərdə parkinq yerləri çox məhduddur və bu da qiymətləri artırır.

Daşınmaz əmlak bazarı və onun dayanacaqların dəyərini qoruyub saxlayan və hətta artıran bir investisiya vasitəsi kimi görülməsi də bu bahalaşmaya səbəb olur. Üstəlik, elit ərazilərdə yerləşən mülklər və dayanacaqlar təkcə zərurət deyil, həm də status simvolu kimi qəbul edilir.

Xülasə, sözügedən dayanacaq standart ölçülərdə olsa da, yerləşdiyi ərazinin prestiji və parkinq yerlərinin məhdudluğu səbəbindən belə yüksək qiymətə malikdir.

İş o yerə çatıb ki, The Peak rayonundakı bir dayanacaq şəhərdə daşınmaz əmlak və parkinq qıtlığının simvoluna çevrilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »