Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanların ömrünü uzadacaq dərman siçanlar üzərində sınanıb
İnsanların ömrünü uzadacaq dərman siçanlar üzərində sınanıb

Alimlərin hazırladığı dərmanla laboratoriya siçanlarının ömrünün uzada biləcəyi və eyni dərmanın insanların yaşlanmasını da ləngidə biləcəyi bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Nature" jurnalında dərc edilən araşdırmada insan orqanizminin inkişafında mühüm rol oynayan və qocalmanı fəallaşdırdığı güman edilən zülal qrupu "İnterleykin-11"ə qarşı antikor olaraq inkişaf etdirilən dərmanın laboratoriya heyvanları üzərində sınandığı və onların ömrünü yüzdə 25 artırmağa müvəffəq olduğu bildirilib.

Tədqiqata görə, İngiltərə və Sinqapurdakı komanda ilk olaraq genetik cəhətdən dəyişdirilmiş laboratoriya siçanlarına interleykin-11 istehsal edə bilməmələri üçün dərmanlar verilib. Tədqiqatçılar daha sonra siçanlar 75 həftəlik, insanlarda 55 həftəyə bərabər olana qədər gözləyiblər və "İnterleykin-11"i bədənlərindən tamamilə təmizləmək üçün hazırlanmış dərmanı müntəzəm olaraq tətbiq ediblər.

Araşdırmalar nəticəsində siçanların daha canlı və parlaq göründüyü qeyd edilib. "İnterleykin-11" çatışmazlığı olan siçanların daha az xəstələndiyi qənaətinə gəlinib. İstifadəyə yararlı olan dərmanın insanlarda sınaqdan keçirildiyi, lakin fərdlərdə qocalma əleyhinə nəticələrinin hələ məlum olmadığı bildirilib.

Alimlər siçanlarda əldə etdikləri nəticələrin insanlarda da təsirli olacağını düşündüklərini qeyd ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »