Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə sahilə çıxan bütün balina sürüsü ölüb
İngiltərədə sahilə çıxan bütün balina sürüsü ölüb

İngiltərədəki Orkney adalarında sahilə çıxan 77 balina sürüsünün hamısının öldüyü açıqlanıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis Dalğıclar Dəniz Həyatı Xilasetmə Qrupu (BDMLR), sağ qalan son 12 balinanın vəziyyətinin pisləşdiyi üçün evtanaziya edildiyini və onların da öldürüldüyünü bildirib.

BDMLR, dünən səhər saatlarında Orkney adasında dəniz sahilində görülən 77 qanadlı pilot balinaların sahilə çıxarıldığı xəbərini aldığını bildirib.

Orada deyilirdi: “Təbiət işçiləri gələndə sahildə təxminən 77 heyvan tapıblar, görünür su nəhəngləri, saatlarla sudan kənarda qapalı vəziyyətdə qalıblar. Təəssüf ki, o anda yalnız 12 nəfər sağ idi.

"Çox məhdud resurs və hazır kadrlarla sağ qalan heyvanlara gələn gelgit dalğaları yaxınlaşdıqca sağlamlıq qiymətləndirmələri və ilk yardım göstərildi", - deyə qeyd edilib.

İlk yardım tədbirlərindən sonra sağ qalan 12 balina uzun saatlar quruda qaldıqları üçün vəziyyətinin pisləşdiyi və bu səbəbdən evtanaziya edildiyi bildirilib. Komanda balinaların sahilə çıxmasına nəyin səbəb olduğunu bilmək üçün hələ tez olduğunu, sürüdən bir balinanı izlədiklərini və sahilə çıxdıqlarını ilkin etimal kimi düşündüklərini bildirib.

Qeyd edək ki, bu il aprelin 25-də Avstraliyanın qərbində 100-dən çox balinanın sahilə çıxması vəhşi təbiəti mühafizə qruplarını hərəkətə keçməyə vadar emişdi. Balinalardan 29-nun öldüyü bildirilsə də, digərlərini xilas etmək mümkün olmuşdu.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »