Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Üzvləri sürətlə inkişaf edən ölkələr olan BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər"
"Üzvləri sürətlə inkişaf edən ölkələr olan BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər"

BRICS 2006-cı ildə yaradılıb. Hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurum olaraq nüfuzlu bir beynəlxalq təşkilat sayılır.

Əvvəl, cəmi beş ölkə arasında yaradılan bir qrup təşkil edirdi ki, üzvləri, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS təşkil edirdi. Göründüyü kimi sözügedən qrup ölkələr təbii resurslarla zəngin və böyük iqtisadi potensiala malik ölkələr sayılırlar. Ona görə də bunları sürətlə inkişaf edən və yaxud inkişaf edə biləcək ölkələr kimi səciyyələndirirlər. Qeyd olunan qrupa qoşulmaq istəyən ölkələrin də sayının getdikcə artması bununla əlaqədardır.

Yeri gəlmişkən, 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. CAR-ın sözügedən qrupa birləşməsiylə 18 fevral 2011-ci il tarixdən hind maliyyə nazirinin ərizəsi üzrə qrup BRICS adını daşımağa başladı.

"Azərbaycanın BRICS-ə qoşulmaq istəməyi təbiidir və ölkəmizin buna haqqı da var".

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. İqtisadçı bildirib ki, Azərbaycan təbii resurslarla zəngin, sürətlə inkişaf əldə etmiş və inkişafda olan, regionda yetərli infrastruktura sahib ölkədir. Burada söhbət, hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə, eyni zamanda hava, quru və dəmiryolu nəqliyyat dəhlizlərinə sahib olmaqdan gedir.

Pərviz Heydərov Pərviz Heydərov

İqtisadçının fikrincə, əslində BRICS ölkələri Azərbaycanın bu qrupa qoşulmağında maraqlı olmalıdırlar.

BRICS-ə qoşulmaq Azərbaycana nə verəcək?

Ekspertin fikrincə, BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər. Çünki bu təşkilatın üzv ölkələri çox sürətlə inkişaf edirlər.

“Keçən il BRICS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7%-ni təşkil edib. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10.2% artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payısa bu müddətdə 9.7% azalıb və 29%-ə düşüb. Qeyd olunan təşkilata hansı ölkələr daxildir? Rusiya, Hindistan, Çin... Bu 3 ölkəylə ölkəmizin geniş iqtisadi və ticari əlaqələri, alış-verişi və ötürmələri, yəni daşımaları mövcuddur. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi fayda vəd edir. BRICS-ə üzvlük odur ki, bizə adı çəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni yollar aça bilər”-deyən iqtisadçı vurğulayıb ki, Azərbaycanın BRICS-ə üzv olması sırf iqtisadi səmərə, effektlə yanaşı siyasi və s. digər istiqamətlərdə imkanlar yarada bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »