"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi” həm tarixi, həm də geosiyasi baxımından əhəmiyyətli bir sənəddir. Bəyanamədə müdafiə sənayesinin birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Deyə bilərəm ki, bu sənəd regionda geostrateji məsələləri əhatə edən təhlükəsizlik və sabitliyin gücləndirməsinə nail olmağa imkan verən bir sənəd sayılır".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, bu bəyannamə, Türk dövlətləri arasında uzunmüddətli mədəni, tarixi və etnik əlaqələri vurğulayır, birlik və əməkdaşlıq hissini gücləndirir.
Müşfiq Cəfərov“Regional əməkdaşlıq və inteqrasiya baxımından əhəmiyyətli olan Qarabağ bəyannaməsi, siyasi, iqtisadi, nəqliyyat, müdafiə, humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək”-deyən deputat əlavə edib ki, bu, Türk dövlətləri arasında birgə inkişaf və strateji tərəfdaşlıq üçün əhəmiyyətlidir.
“Nəqliyyat infrastrukturuna xüsusi önəm verən bəyannamə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi kimi layihələr, möhkəm transregion koridorlar yaratmağın strateji əhəmiyyətini əks etdirir. Bu layihələr ticarəti, iqtisadi inkişafı və regional inteqrasiyanın artırmasına şərait yaradacaq”-deyə Müşfiq Cəfərov bildirib.
Xatırladaq ki, iyulun 6-da Şuşa da “Zəfər” sammiti keçirilib. Sammit Türk Dövlətləri Təşkilatının liderləri ilə yanaşı, bir çox ölkələrdən mühim qonaqlar iştirak edib. Sammitdə Qarabağ bəyannaməsi imzalanıb.
İradə Cəlil, Bizimyol.info






