Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib
Prezident Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib

Prezident Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bizimyol.info xəbər verir ki, Tatar: “Əliyev deyib ki, biz Azərbaycan olaraq ŞKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını dəstəkləyirik. Bu çox təbiidir, çünki tarixən ŞKTC türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır”, - deyə Azərbaycan Prezidentinin çıxışında sitat gətirib. Onun verdiyi açıqlamanın Kipr türk xalqı üçün əhəmiyyətli və dəyərli olduğunu vurğulayıb: “Cənab Əliyev Şərqi Aralıq dənizindəki türk dövlətinin, ŞKTC-nin hər sahədə türk dünyasının ayrılmaz bir parçası olduğunu dilə gətirdi”, - deyə Tatar bildirib.

Prezident Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə ŞKTC xalqı adından təşəkkür edib. Tatar, Azərbaycan və ŞKTC qardaşlığının eyni millətin nümayəndələri olaraq əbədi yaşayacağını vurğulayaraq: "Lefkoşadan Bakıya qədər qardaşlığımız əbədi olacaq", deyib.

Son xəbərlər
Bütün xəbərlər »