Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli astronavt Azərbaycan və Türkiyə bayraqlarını kosmosa aparacaq
Türkiyəli astronavt Azərbaycan və Türkiyə bayraqlarını kosmosa aparacaq

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever bu gün "Virgin Galactic"in "VSS Unity" kosmik gəmisi ilə suborbital tədqiqat kosmos uçuşunu edəcək.

Bizimyol.info xəbər verir ki, Atasevər bu gün həyata keçirəcəyi kosmik ekspedisiya ilə bağlı: “Uçuş zamanı sinəmdə, Türkiyə bayrağının düz yanında Azərbaycan bayrağı qoyulacaq”,- deyib.

Atasever bildirib ki, bu gün keçiriləcək "Türkiyə Kosmos Elmi Missiyası Suborbital Araşdırma Uçuşu" 2023-cü ilin aprel ayında ABŞ-ın Hyuston şəhərində başlayan və Beynəlxalq Kosmik Stansiyaya (ISS) qədər uzanan "Ax-3" missiyası çərçivəsində hazırlanmış bir təlim mərhələsidir.

Buna görə də Atasevər bunun "heç bir əlavə xərc çəkmədən" həyata keçirəcəkləri bir kosmos uçuşu olduğunu vurğulayıb: “Sənaye və Texnologiya Nazirliyi, TÜBİTAK UZAY və Türkiyə Kosmik Agentliyi (TUA) olaraq bu təhsil addımını elmi missiyaya çevirdik. Biz 7 müxtəlif elmi təcrübə seçdik, aylardır ki, onların kosmik gəmiyə inteqrasiyası üzərində işləyirik. Heç bir əlavə xərc çəkmədən kosmosa uçuşumuz üçün yeni elmi missiya yaratdıq. Ümid edirəm ki, bu uçuş çərçivəsində həyata keçirəcəyimiz təcrübələr ölkəmizdə kosmik araşdırma və tədqiqatlara mühüm töhfə verəcək”, - deyə bildirib.

Atasever mayın 28-də təcrübələri ilə bağlı bəzi araşdırmalar aparmaq üçün ABŞ-dakı "Axiom Kosmos" obyektlərinə getdiklərini və hazırda uçuşun reallaşacağı Nyu Meksikodakı Kosmos obyektində olduqlarını bildirib. Bu həftə ərzində uçuş təhsili aldıqlarını ifadə edən Atasever mikroqravitasiya mühitində daşıyacaqları eksperimental avadanlıqları sınaqdan keçirmək üçün yüksək manevr qabiliyyətinə malik təyyarələrlə aerobik uçuşlar həyata keçirdiklərini açıqlayıb. Atasever kosmosa özü ilə aparacağı əşyalarla bağlı da bu məlumatları verib: “Prezidentimizin 2023-cü ilin aprelində TEKNOFEST-dəki təqdimatımızda təqdim etdiyi bayraq mənimlə olacaq. Anamın məmləkəti olan Azərbaycan bayrağı sinəmdə, türk bayrağının düz yanında qoyulacaq. Necə ki, bu iki ölkənin bayraqları Yer üzündə yan-yana və bu iki xalq çiyin-çiyinədirsə, mənim kosmos səyahətim zamanı da yan-yana olacaqlar. Bundan əlavə, ailəmin və yaxın həmkarlarımın kosmosa çıxarmaq üçün mənə təhvil verdikləri bəzi kiçik əşyalar da mənimlə olacaq”, - deyib.

Atasəvərin bu gün ABŞ-ın Nyu-Meksiko ştatındakı Kosmik liman qurğusundan həyata keçirəcək kosmos ekspedisiyası uçacağı kosmik gəmi baxımından xüsusi əhəmiyyət kəsb edir. "Virgin Galactic"in bu il ikinci və indiyə qədər 12-ci kosmosa uçuşu olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »