Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşğaldan azad edilmiş ərazilərdə torpaq alışı və iş qurmaq şərtləri haqqında məsul qurumlar açıqlama verməlidir"
"İşğaldan azad edilmiş ərazilərdə torpaq alışı və iş qurmaq şərtləri haqqında məsul qurumlar açıqlama verməlidir"

Torpaqlarımız işğaldan azad edilib. Artıq məcburi köçkünlər və qaçqınlar mərhələli şəkildə öz yurd yuvalarına qayıdır. Onlar öz yurdlarına dövlət tərəfindən yüksək səviyyədə inşa edilmiş mənzillərlə təmin edilirlər. Etiraf etməliyik ki, təkcə qaçqınlar məcburi köçkünlər deyil, biz bütün azərbaycanlılar işğal altında olmuş torpaqlarımızın həsrətində olmuşuq. Aramızda həmin ərazilərdə torpaq alıb, ev-eşik inşa etmək və iş qurmaq istəyənlər də az deyil.

Bəs işğaldan azad edilmiş ərazilərdə torpaq sahibi olmaq necə mümkündür?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, torpaqların alışı ilə bağlı hələlik əvvəlki dövrlərdə buraxılmış qüsurlar və nöqsanlar sayəsində torpaq satışı məsələsi açıq deyil. Bununla bağlı qərar yəqin ki, yerli icra qurumları təyin olunandan sonra veriləcək. Bəzi istisna hallar var. Məsələn, bəzi vətəndaşlara ev verilib. Həmin evlərin torpaq sahəsi var. Həmin şəxslərin həmin torpaq üzərində yəqin ki, satış hüquqları olacaq. Bu, individual məsələdir. Fərdi evlər hər yerdə tikilməyib. Böyük şəhərlərdə kimin fərdi evləri vardısa, onların hamısına demək olar ki, çox mənzilli binada verilir. Kənd yerlərində həyət evləri tikilir”-deyən ekspert vurğulayıb ki, digər şəkildə hansısa torpağın əldə edilməsi məsələsi açıq deyil.

Elnur Azadov Elnur Azadov

Ekspertin sözlərinə görə, hərhansı bir müəssisə və iş yerlərinin açılması ilə bağlı torpaq üçün dövlətə müraciət etmək olar.

Elnur Azadov həmçinin əlavə edib ki, ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə torpaq əldə etmək məsələsi ilə bağlı müəyyən dövlət qurumları açıqlama verməlidir. Əhaliyə bildirilməlidir ki, bu proses necə yönləndiriləcək.

“İş adamları və vətəndaşlar hansı quruma müraciət etməlidir. Bunu mətbuat vasitəsilə açıqlamaq lazımdır”-deyə ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »