İlon Mask süni intellektlə bağlı diqqətçəkən açıqlama verib. İş adamı bildirib ki, gələn ildən süni intellekt insanları ötməyə başlayacaq. Lakin bunun üçün bəzi maneələr var.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, milyarder iş adamı İlon Mask qatıldığı proqramda süni intellektdən danışıb.
Gündəm olacaq açıqlamalar verən Mask, gələn il süni intellektin insan intellektini keçə biləcəyini bildirib. Elon Mask 5 ildən sonra süni intellektin bütün insanlardan daha güclü olacağını düşünür.
Lakin İlon Maskın fikrincə, bu reallaşmanın qarşısında ciddi maneə var. İş adamı deyir ki, bu, yalnız lazımi avadanlıq və enerjinin ötürülməsi ilə mümkün olacaq.
Cəmi bir neçə gün əvvəl bir məlumat mərkəzi təsisçisi bununla bağlı açıqlama vermişdi. Onun sözlərinə görə, nə süni intellektin təlimi üçün istifadə olunan məlumat mərkəzləri, nə də hazırda yaradılmış enerji infrastrukturu kifayət deyili.
Qeyd edək ki, bu, İlon Maskın süni intellekt haqqında ilk çıxışı deyil. Mask, xüsusilə, süni ümumi intellektin bir gün mütləq əldə ediləcəyini söyləyir. Lakin Mask keçmiş açıqlamalarında buna 2029-cu ilə qədər nail ola biləcəyini bildirib. Bununla belə, inkişaflar onun fikrini dəyişmiş kimi görünür.
Bu arada; İlon Maskın müddəti niyə qısaltdığını dərhal izah edək. Milyarder insanların süni intellekt çiplərinə çox sürətlə daxil olmağa başladığını söyləyib. Bir neçə il əvvəl "COVID-19"un yaratdığı çip böhranını xatırladan iş adamı hazırda belə bir vəziyyətin olmadığını bildirdi. Maska görə, hazırda kritik olan yeganə şey elektrik şəbəkələridir.
Qadir, Bizimyol.info






