Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt psixoloji xəstəliklərin diaqnostikasında istifadə edilməyə başlanıb
Süni intellekt psixoloji xəstəliklərin diaqnostikasında istifadə edilməyə başlanıb

Taylandda süni intellekt texnologiyası “depressiya və intihar düşüncələri” olan insanlara kömək etmək üçün istifadə olunur. Bildirilib ki, sınaq mərhələsində olan texnologiya ilkin tapıntılara əsasən, diaqnozlarının dəqiqliyi baxımından “keçid qiyməti” alıb.

Bizimyol.info “trthaber”ə istinadən xəbər verir ki, “Bangkok Post” qəzetinin yazdığına görə, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.

Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə hazırlanmış süni intellekt texnologiyası nazirliyin səs yazıları arxivini təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir.

Bildirilib ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb.

Bildirilib ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib.

Çulalonqkorn Universitetinin Sağlamlıq fakültəsinin dekan müavini, professor Dr. Nijasri Charnnarong, son illərdə psixoloji pozğunluqların artmasına diqqət çəkərək, öz açıqlamasında: “Təkcə keçən il Taylandda 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana diaqnoz qoyuldu. Onların yalnız üçdə biri müvafiq müalicə kursuna başlayıb”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »