Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu necə qarşılamadır? ABŞ-ın 52 ildən sonra Aya göndərdiyi kosmik cihaz əvvəl aşdı, indi də işləmir
Bu necə qarşılamadır? ABŞ-ın 52 ildən sonra Aya göndərdiyi kosmik cihaz əvvəl aşdı, indi də işləmir

Qürurlu səyahəti zamanı enərkən ayağını sındıran "Odissey" indi yuxu rejimindədir. Apollon astronavtlarının Aya enişindən 52 il ötür və ABŞ "Intuitive Machines" şirkətinin "Odissey" cihazını Aya göndərdi. Şəxsi şirkət ilk dəfə Aya nəqliyyat vasitəsi göndərdiyi üçün bu da böyük əhəmiyyət kəsb edirdi. Ötən həftələrdə Aya eniş müjdəsini alan vasitə, Ayın cənub qütbündən siqnal göndərib.

Bizimyol.info xəbər verir ki, "webtekno" verdiyi məlumata görə, bu siqnaldan sonra göndərilən görüntü vasitəsilə kosmik cihazın yana aşdığı məlum olub. "Intuitive Machines" şirkətinin baş direktoru Stiv Altemus bildirib ki, Aya sürətli eniş nəticəsində aparatın ayaqlarından biri sıradan çıxıb.

Sadəcə mütətəxəssislər onun əməliyyat imkanlarının davam etdiyini düşünəndə, cihaz fəaliyyətini tamamən dayandırdığı bəlli olub.

Ayağı sındığı üçün böyrü üstə qalan "Odissey" sonuncu dəfə foto göndərərək özünü gözləmə rejiminə keçirib. "Intuitive Machines" bu şəkli "X" sosial platforma hesabında paylaşıb və "Odissey" son qeyd edib. Verilən postun fotosunda Yer kürəsini aypara şəklində görmək olar. Bunu ifadə edən şirkətin "Odissey" üçün; “Gecəniz xeyrə, "Odie". Ümid edirik ki, səndən bir daha xərər gələr”,- deyə qeyd edib.

Son hadisədə batareyanın böyük hissəsini sərf etdiyi üçün gözləmə rejiminə keçən "Odysseus", Ayın cənub qütbündəki soyuqlara dözə bilsə, bir neçə həftə sonra yenidən siqnal verə bilər. Təbii ki, onun Aydakı missiyasının kağız üzərində təxminən 1 həftə davam edəcəyinin planlaşdırıldığını da qeyd etmək lazımdır.

ABŞ-ın Aya əvvəlki səfəri 1972-ci ildə "Apollon" missiyası ilə olub.

Qadir, Bizimyol.info

Goodnight, Odie. We hope to hear from you… pic.twitter.com/RwOWsH1TSz

— Intuitive Machines (@Int_Machines) February 29, 2024

Son xəbərlər
Bütün xəbərlər »