2013-cü ildə insanlar və süni intellekt arasındakı sevgidən bəhs edən elmi fantastika filmi "Her" (Love) Çində reallığa çevrildi.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük şəhərlərdə həyatın sürətli tempi və şəhər təcridinə görə real həyatda romantik münasibətlər qurmaqda çətinlik çəkən çinli qadınlar süni intellektli chatbotlardan “sevgili” kimi istifadə edirlər.
Şanxayda yerləşən "MiniMax" startapı tərəfindən yaradılmış “Glow” onlardan biridir. “Glow”dan istifadə edən qadınlar deyirlər ki, chatbot “qadınlarla danışmağı əsl kişidən daha yaxşı bilir” və özlərini romantik münasibətdə hiss edirlər.
Süni intellektlə söhbət proqramlarına pop ulduzlardan tutmuş şirkət rəhbərlərinə qədər yüzlərlə hazır personaj daxildir.
Bununla belə, istifadəçilər arzu edərlərsə, personajları fərdiləşdirərək “mükəmməl sevgililərini” yarada bilərlər.
Bəzi proqramlar hətta istifadəçilərə 24 saat canlı söhbət etməyə imkan verir.
Qadir, Bizimyol.info






