Daha əvvəl "dalğalı divar" görmüsünüzmü? Əslində İngiltərədə olduqca məşhurdur. Bu şəkildə daha çox kərpic istifadə edilməli olduğu halda, İngilislər niyə bu dalğalı divarlara üstünlük verə bilər?
Bizimyol.info xəbər verir ki, "webtekno"nın verdiyi məlumata görə, İngiltərədə tez-tez rast gəlinən dalğavari divarlarda xərcləri artırmır ki? Yox!
Dalğalar səbəbiylə daha çox kərpic tələb etdiyi və pula qənaət etməyi mümkün edən bu dalğaların arxasındakı dahiyanə mühəndisliyə nəzər salaq.
Dalğavari divarlardan istifadə qədim dövrlərə gedib çıxır
Krank divarları, əyri divarlar və ya zolaq divarları kimi tanınan dalğalı divarlar; Eramızdan əvvəl 1300-cü illərdə III. Amenhotepin dövründə Misirin Aten şəhərində də istifadə edildiyi təxmin edilir. Bundan əlavə, 1600-cü illərin ortalarından Hollandiyalı mühəndislər tərəfindən Fens bataqlıqlarının qurudulduğu Şərqi İngiltərə və Suffolkda (İngiltərənin qədim mənşəli qraflığı) 50-dən çox dalğalı divara rast gəlinib.
Çəmən biçənlərin nifrət edəcəyi bu divarlar İngiltərədə yaşayan insanların bağlarının bir tərəfi daimi günəş işığı alması üçün şərqdən qərbə doğru tikilmişdir. Beləliklə, divarlar küləyin qarşısını alırdı.
1800-cü illərdə ABŞ-ın keçmiş prezidenti Tomas Cefferson tərəfindən qurulan Virciniya Universitetinin memarlığına əyri divarlar əlavə edildi. İncə hesablamaları estetika ilə birləşdirərək universitetdə bu divarları canlandıran şəxs Cefferson olub.
Xərcləri artırması gözlənilən əyri divarlar qənaət təmin edir
İlk baxışdan fərqli görünən dalğalı divarlar, düz divarlara nisbətən daha az material istifadə etməyə imkan verir. Divarda istifadə olunan materialın miqdarı onun uzunluğunun qalınlığı ilə vurulması ilə mütənasibdir. Düz bir divarın yaxşı dayanıqlı olması üçün ən azı iki qat kərpic lazımdır, lakin dalğalı divarlar yalnız bir kərpic qalınlığında edilə bilər.
Dalğaların verdiyi tağ dəstəyi sayəsində bu dalğalı divarlar daha davamlıdır. Divardakı qabarıq və konkav əyrilər sabitliyi təmin edir və külək təzyiqi kimi yanal qüvvələrə müqavimət göstərməyə kömək edir. Beləliklə, 35% kərpic qənaəti gətirir. Həqiqətən də ağıllıdır, elə deyilmi?
Əgər fikrinizə uyğun gəlmirsə, sadə bir misalla izah edək:
Bir parça A4 kağızı götürün, uzununa yarıya qatlayın və bükmə boyunca kəsin. Parçalardan birini dik qoymağa çalışsanız, yəqin ki, ən kiçik bir hərəkətlə düşəcək. Balaca vaxtı yelpik hazırladığımız kimi, digər parçanı da ziqzaq şəklində qatlayın və bir yerə qoymağa çalışın. Daha davamlı deyilmi? Bu sadə təcrübə dalğalılıq divarlara necə güc verdiyini sübut edir.
Qadir, Bizimyol.info






