Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"ın rəngini istədiyiniz kimi dəyişə biləcəksiniz
"WhatsApp"ın rəngini istədiyiniz kimi dəyişə biləcəksiniz

Məlum olub ki, "WhatsApp" tətbiqin mövzu rəngini dəyişə biləcəyiniz yeni funksiya üzərində işləyir. Funksiya ilkin olaraq yalnız "iPhone" proqramında mövcud olacaq.

Bizimyol.info xəbər verir ki, "iPhone" istifadə edən oxucularımız bilir; "WhatsApp"ın "iOS" tətbiqi, son vaxtlara qədər, "Android" proqramından fərqli olaraq mavi rəngin üstünlük təşkil etdiyi dizayna malik olub.

"iOS" 23.21.1.70 yeniləməsi ilə "WhatsApp" "iOS" tətbiqinin dizaynında bəzi dəyişikliklər baş verib və mavi rəng mövzusu "Android"də olduğu kimi yaşıl rəngə çevrilib.

Bir çox istifadəçi "WhatsApp"ın mavi rəng mövzusunun daha yaxşı olduğunu və yaşıl rəngin onları qane etmədiyini bildirib. İstifadəçilərin rəylərini nəzərə alan "WhatsApp", mavi rəngi geri qaytarmaqdan əlavə istifadəçiləri zövqlərinə uyğun istədikləri rəngini seçə biləcəyi yeni funksiya üzərində işləməyə başladı.

"WABetaInfo" tərəfindən paylaşılan ekran görüntüsü bizə yeni xüsusiyyət haqqında ilk məlumatı verdi. Görünür, "WhatsApp"ın parametrlər bölməsində “Görünüş”ə bənzər yeni bölmə olacaq. Bu bölmədə "tətbiq rəngi" başlığı altında "WhatsApp"ın bütün tətbiq dizaynını dəyişdirəcək rəng seçimləri olacaq.

İlk ekran görüntüsü istifadəçilərə beş fərqli rəng seçimi təklif ediləcəyini göstərir, lakin "WhatsApp" funksiyanı buraxdıqdan sonra və ya inkişaf mərhələsində daha çox rəng seçimi əlavə edə bilər. Rəng seçimlərinə "WhatsApp"ın orijinal yaşıl rəngi, "iOS" tətbiqinin köhnə mavi rəngi, çəhrayı, yasəmən və ağ rəng daxildir.

Söz mövzusu xüsusiyyət "WhatsApp" "iOS Beta" tətbiqinin 24.1.10.70 versiyasının kodlarında aşkar edilib və hələ ki, beta istifadəçiləri tərəfindən yaşana bilmir. Xüsusiyyətin stabil versiya üçün nə vaxt buraxılacağı və ya "Android" tətbiqinə də gəlib-gəlməyəcəyi hələ məlum deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »