Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir il əvvəl ölən kişi, süni intellektin "dili" ilə həyat yoldaşına "salam, balım" deyə səsləndi
Bir il əvvəl ölən kişi, süni intellektin "dili" ilə həyat yoldaşına "salam, balım" deyə səsləndi

ABŞ-ın Missuri ştatında sosial media məzmun prodüseri Filip Uillett anasına təsirli Milad hədiyyəsi etmək məqsədi ilə mərhum atasının səsini canlandırmaq üçün süni intellektdən istifadə edib.

Bizimyol.info xəbər verir ki, Uilett süni intellektin yaratdığı səsli mesajla yanaşı, anası Triş və atası Conun fotoşəkillərindən ibarət klip hazırlayıb və onları videoda birləşdirib.

Hədiyyəni anasının açdığı anı "TikTok"da paylaşan Uillett daha sonra anasını qucaqlayaraq duyğulu anlar yaşayıb. Onun “qəhrəman” kimi təsvir etdiyi atası 2022-ci ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Gənc sosial media hesabındakı paylaşımında bunları deyib: “Mən bu il Milad hədiyyəsi kimi, anam üçün xüsusi bir şey etmək qərarına gəldim. Çoxdandır ki, onun səsini eşitmirəm. Ona görə də süni intellekt proqramından istifadə edərək onun səsinə uyğun video hazırladım", - deyib.

Uilettin anasına hədiyyə etdiyi klip sosial şəbəkədə yayılaraq milyonlarla baxış və minlərlə şərh toplayıb. Uillett işində istifadə etdiyi süni intellektdən hədiyyə olaraq istifadə etmək ideyasını ona həyat yoldaşı Kassandra verdiyini söyləyib.

"Əvvəlcə bunu etmək istəmədim, çünki bunun bir az qəribə olduğunu düşünürdüm", - deyə Uillett başqalarının da eyni şeyi sınayıb-sınamadığını öyrənmək üçün internetdə axtarış etdikdən sonra fikrini qətiləşdirdiyini söyləyib: "Proqrama əlavə etdiyim ilk ifadə "salam, balım" idi. Mən bunu hər zaman atamdan eşitmişdim, ona görə də ilk qoyduğum səs bu oldu", - deyə Uilett qeyd edib.

Trish Uilett ərinin fotolarla müşayiət olunan səsini eşidəndə göz yaşlarına boğulub. Oğlunun proqramlaşdırdığı ilk cümlə, ərinin sağlığında tez-tez eşitdiyi "salam, balım" səsini yenidən dinlədən qadın çox duyğulanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »