Dronlar və ümumiyyətlə pilotsuz uçuş aparatları bir çox fərqli sahədə istifadə olunur.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, bu sahələrə axtarış və xilasetmə işləri, kənd təsərrüfatı sahələrinin və meşələrin təftişi, eləcə də, xəritəçəkmə işləri daxildir.
Anadolu Agentliyi 7 dekabr Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə ölkədə pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı araşdırmalar aparıb.
Pilotsuz uçan aparatların istifadəsi, idxalı, satışı, qeydiyyatı, uçuşa yararlılığı, hava hərəkəti xidmətləri və PUA əməliyyatları ilə bağlı qanunvericilik Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi (MABİ) tərəfindən tənzimlənir. Çəkisi 500 qram və yuxarı olan pilotsuz uçuş aparatları və dronlar sistemdə qeydiyyatdan keçməli və MABİ-dən icazə almalıdır.
MABİ-in idman/həvəskar pilot lisenziyası onlayn imtahandan keçməklə pulsuz əldə edilə bilər. Bu sertifikat “yaşıl ərazilər” adlandırılan açıq torpaqlarda və qeyri-yaşayış sahələrində uçmağa imkan verir. Kommersiya uçuşları üçün səlahiyyətli təlim müəssisələri tərəfindən verilmiş PUA-nın Kommersiya Pilotunun Hazırlığı Sertifikatı və PUA Pilot Lisenziyası olmalıdır.
Hərbi və polis bölgələrində, dövlət qurumlarında, təhlükəsizlik səbəbilə uçuşa qadağan olunmuş ərazilərdə və hava limanlarından 9 kilometr məsafədə olan ərazilərdə PUA uçuşlarına icazə verilmir.
5 dekabr tarixinə PUA-ların ümumi sayı 62 min 892-yə çatarkən, verilən lisenziya və sertifikatların sayı 1 milyon 450 min 530-a yüksəlib.
Qadir, Bizimyol.info






