“İsrail rəhbərliyini girovların dəyişdirilməsi ilə bağlı xəbərlər hazırlayan jurnalistləri hədəf almasını hiddətlə qınayırıq”.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya direktoru Fahrettin Altun "X" sosial media hesabında paylaşım edib.
Altun paylaşımında İsrailin Qəzzaya hücumlarını dünyaya elan edən jurnalistləri hədəf almasına reaksiya verərək: “Nəhayət, girovların dəyişdirilməsi ilə bağlı xəbər verən jurnalistləri hədəfə alan, onlara rezin güllələrlə atəş açan, qaz və tüstü bombaları atan İsrail rəhbərliyini qınayırıq”, - deyib.
Fahrettin Altun paylaşımında: “Günlərdir beynəlxalq hüquqa məhəl qoymayan və Qəzzada baş verənləri dünyaya çatdıran jurnalistləri qətlə yetirən İsrail qeyri-qanuni üsullardan istifadə etməyə davam edir.
Nəhayət, girov mübadiləsini işıqlandıran jurnalistləri hədəf alan, onlara rezin güllələrlə atəş açan, qaz və tüstü bombaları atdığına görə İsrail administrasiyasını qınayırıq. İsrail günahsız Fələstin xalqına, jurnalistlərə, tibb işçilərinə və yardım işçilərinə qarşı hücumlarını dərhal dayandırmalı və beynəlxalq hüquqa əməl etməlidir.
Türkiyə Cümhuriyyəti Prezidentin əlaqələr İdarəsi olaraq hücuma məruz qalan jurnalistlərin vəziyyətini yaxından izləyirik”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info






