"Türkiyə nümayəndə heyəti qaz mərkəzi haqqında məlumat almaq üçün Rusiyaya gələcək".
Bizimyol.info xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyədə qurulması planlaşdırılan qaz mərkəzi ilə bağlı açıqlama verərkən deyib
Ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qurulacaq qaz mərkəzi vasitəsilə Rusiya qazının təhlükəsiz şəkildə Avropaya nəqlini təklif etmiş və bu təklif prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müsbət qarşılanmışdı. Rusiya Baş nazirinin müavini Aleksandr Novak son hadisələr haqqında məlumat verərkən həm Rusiya, həm də Türkiyə tərəflərinin layihənin həyata keçirilməsi üçün səylərini davam etdirdiklərini qeyd edib.
Rusiya televiziyasına danışan Novak layihənin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. O: "Hazırda yol xəritəsi ilə bağlı razılaşma var və Türkiyə nümayəndə heyəti Rusiya tərəfindəki işlərlə tanış olmaq üçün Sankt-Peterburqa gələcək. Hazırda onlar Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi üçün razılıq əldə olunacaq", - deyə baş nazirinin müavini qeyd edib.
Novak bu yaxınlarda layihə ilə bağlı bu il razılığın əldə oluna biləcəyini desə də, Rusiya prezidenti Vladimir Putin layihə ilə bağlı: "Türkiyədə Avropa üçün böyük təbii qaz mərkəzi yarada bilərik. Neft bazarlarına heç bir müdaxilə və ya ehtiyatlardan istifadə enerji problemini həll edə bilməz. Rusiya Avropaya enerji daşıyıcılarını verməyi davam etdirməyə hazırdır, top onların meydançasındadır", - deyə qeyd edib.
Qadir, Bizimyol.info






