Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lord Şarki Böyük Britaniyadan Şimali Kiprə birbaşa uçuş çağırışı edib
Lord Şarki Böyük Britaniyadan Şimali Kiprə birbaşa uçuş çağırışı edib

Böyük Britaniya Parlamenti Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Qrupunun (APPG-ŞKTC) sədr müavini Lord Şarki Lordlar Palatasındakı çıxışında prezident Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll yoluna və Kipr Türk xalqına tətbiq edilən ədalətsiz təcridlərə toxunub.

Bizimyol.info xəbər verir ki, Şarki Britaniya hökumətinə müraciətində bildirib ki, bu, Şimali Kiprə birbaşa uçuşlara icazə verməklə və sərnişinlərin İstanbulda əlavə təhlükəsizlik yoxlamasından keçmək üçün bütün baqajları ilə birlikdə enmə ehtiyacını aradan qaldırmaqla iqtisadi baxımdan həyati əhəmiyyətli turist axınına kömək edə bilər.

Lord Şarki həmçinin qeyd edib ki, 50 ildən çox davam edən iki zonalı, iki icmalı federasiyaya dair bütün cəhdlər uğursuzluqla nəticələnib: “Kiprli yunanlar bu modelin variasiyalarını təklif etməyə davam edirlər. Kipr türklərinin indi bu modeli tamamilə rədd etmələri və bunun əvəzinə 50 ildən artıqdır ki, faktiki vəziyyəti qəbul edərək iki dövlətli həll təklif etmələri təəccüblü deyil”, - deyə o qeyd edib.

Prezident Ersin Tatarın Londonda, parlamentdə və Lordlar Palatasında keçirdiyi intensiv diplomatiya təşəbbüsləri və media görüşlərindən sonra Lordlar Palatasında ŞKTC-yə qarşı ədalətsizliklər dilə gətirilib. İngiltərə Lordlar Palatasında çıxış edən Britaniya Parlamenti ŞKTC Dostluq Qrupu (APPG-KKTC) sədr müavini Lord Şarki, prezident Ersin Tatarın irəli sürdüyü iki dövlət həllinə toxunaraq, Kipr Türk xalqına qarşı təcrid siyasətinin olduğunu dilə gətirib.

Şarki Kiprin 60 ildir bölündüyünə, Şimalın isə embarqo altında olduğuna diqqət çəkib. “Şimali Kipr xalqı heç bir günahı olmadan beynəlxalq ictimaiyyətdən təcrid olunmaqdan və ticarətinə qoyulan embarqolardan əziyyət çəkib, həmçinin, bu gün də əziyyət çəkməkdə davam edir”, - deyə bildirib

Şimali Kiprdəki Ercan Hava Limanı məsələsini bir daha gündəmə gətirən Lord Şarki: “Birbaşa uçuşlara icazə verməklə və sərnişinlərin İstanbulda əlavə təhlükəsizlik yoxlamasından keçmək üçün bütün baqajları ilə birlikdə enmə ehtiyacını aradan qaldırmaqla, biz Böyük Britaniyadan Şimali Kiprə iqtisadi baxımdan həyati əhəmiyyətli turist axınına kömək edə bilərik. Bu, Böyük Britaniya hökuməti bir neçə il əvvəl əlavə məhdudiyyətlər tətbiq edənə qədər mümkün idi. Mənə dedilər ki, Şimali Kipr Türk Cümhuriyyəti tanınan ölkə olmadığı üçün bu məhdudiyyətlər mövcuddur. Tayvan da tanınmış bir ölkə deyil, lakin Böyük Britaniyadan və bir çox başqa ölkələrdən birbaşa uçuşlara icazə verilir.Ercan hava limanı niyə fərqlidir? Əgər cənab Nazir bu problemin həllini tapmaq üçün görüşməyə razılaşsa, minnətdar olaram. Bu, Kipr problemini həll etməyəcək, lakin şimala bir qədər iqtisadi rahatlıq gətirəcək və praktiki yardım göstərmək üçün davamlı qətiyyətimizi nümayiş etdirəcək", - deyə Şarki əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »