Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Hatay vilayətində güclü zəlzələ olub
Türkiyənin Hatay vilayətində güclü zəlzələ olub

Bu gün Türkiyənin Hatayın vilayətinin Kırıkhan rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) internet saytında məlumat verilib.

Zəlzələ saat 05.32-də, 8.28 kilometr dərinlikdə baş verib. Böyük qorxuya səbəb olan zəlzələ Adana, Qaziantep və Osmaniyedə də hiss olunub.

Zəlzələdə ilkin təsbitlərə görə heç bir mənfi təsirin yaşanmadığı bildirilib.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda: "Hatay vilayətinin Kırıkhan rayonunda baş verən və hiss edilən 4,8 bal gücündə zəlzələ ilə əlaqədar AFAD başda olmaqla əlaqədar qurumlarımızın bütün qrupları arama işlərini davam etdirir. Ətraf bölgələrdə də hadisələri yaxından izləyirik. Bunu zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza çatdırırıq və hər zaman onların yanında olduğumuzu hiss etmələrini istəyirik", - deyə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »